Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:29

Xurşidbanu Natəvan. O mücgani-siyəh-novkin xədəiki-yarə bənzətdim


O mücgani-siyəh-novkin xədəiki-yarə bənzətdim.
Xətadır çeşmi-məstin ahuyi-Tatarə bənzətdim.

Gözün mərdümləri sərməst olub tökmək dilər qanı
Düzübdür hər tərəf peykan əcəb xunxara bənzətdim,

Çəkilmiş guşəyə bülbül, fəğanü nalələr eylər.
Düşən gül üstə damə əndəli-zarə bənzətdim.

Tutub kəc gərdənin hər ləhzə olmuş məhvi-nəzzarə,
Yar ardınca baxan bir aşiqi-naçara bənzətdim.

Görüb tərfi-binaguşunda cin-cin zulfi-mişkini,
O gənci-şayəgan üstə yatan şahmara bənzətdim.

Der idin: kim, nədəndir Qeys olub divaneyi-aləm?
Cünun sərriştəsi ol turreyi-tərrarə bənzətdim.

Cəfayi-dəhrdən gördüm edərdi şəkvə bir müztər
Səsindən Natəvani-bidilü əfkarə bənzətdim.
XS
SM
MD
LG