əvvəli
Bir gün Tüklü quşun balası, yazıqların ümidi, Amit soyunun aslanı,
Qaracığın qaplanı, Qonur atın yiyəsi, Uruz xanın ağası, Bayındır xanın
kürəkəni, Qalın Oğuzun dayağı, igidlərin arxası Ulaş oğlu Salur Qazan
yerindən durmuşdu.
Doxsan otaqlı uca evlərini qara yer üzərində tikdirmişdi.
Doxsan yerdə böyük ipək xalı döşətdirmişdi. Səksən yerdə
küplər qoyulmuşdu.
Qızıl qədəhlər-sürahilər düzülmüşdü. Doqquz
qara gözlü, göyçək üzlü, saçı arxada düyünlənmiş, köksü qızıl düyməli,
əlləri biləyindən xınalı, barmaqları naxışlı, gözəl kafir qızları Qalın
Oğuz bəylərinə şərab paylayırdılar.
Ulaş oğlu Salur Qazan içdi-içdi, axırda şərabın təsiri başına vurdu.
O, qaba dizləri üstünə çökdü, dedi: “Sözümü dinləyin, səsimə səs
verin, bəylər! Yata-yata yanımız ağrıdı. Dura-dura belimiz qurudu.
Duraq gedək, a bəylər! Ov ovlayaq, quş vuraq, sığın-keyik yıxaq,
qayıdıb otağımıza düşək: yeyib-içək, günümüzü xoş keçirək!”.
Qıyan Səlcik oğlu Dəli Dondaz deyir: “Bəli, xan Qazan, məsləhətdir”.
Qaragünə oğlu Qarabudaq deyir: “Ağam Qazan, məsləhətdir”.
Onlar belə dedikdə Atağızlı Aruz qoca iki dizi üstünə çöküb dedi:
“Ağam Qazan, sası dinli Gürcüstan sərhəddinə gedirsən, qərargahının
üstündə kimi qoyursan?”.
Qazan deyir: “Oğlum Uruz üç yüz igidlə evimin keşiyində dursun”.
Qonur atını çəkdirdi, mindi. Dəli Dondaz Təpəlqaşqa ayğırını mindi.
Qazan bəyin qardaşı Qaragünə Göy bədəvi atını tutdurub mindi.
Bayındır xanın düşmənini məğlub edən Şir Şəmsəddin Ağ atını
çəkdirib mindi.
Parasarın Bayburd hasarından sıçrayıb aşan Beyrək Boz ayğırına
mindi.
Qonur atlı Qazana “keşiş” deyən bəy Yeynək Duru ayğırına mindi.
Saymaq istəsəm, tükənən deyil; Qalın Oğuz bəyləri atlandılar.
Böyük qoşun Ala dağa ova çıxdı.
Kafirlərin casusu bunu gördü; çuğul gedib, Şöklü Məliyə xəbər verdi.
Yeddi min qaftanının arxası cırıq, kəsik qara saçlı, sası dinli, din
düşməni, alaca atlı kafir mindi çapdı, gecə yarısı Qazan bəyin düşərgəsinə
gəldi. Kafirlər onun qızıl tağlı evlərini çalıb-çapdılar, qaza
bənzər qız-gəlinini çığırışdırdılar. Tövlə-tövlə şahanə atlarını mindilər.
Qatar-qatar qızılı dəvələrini yedəkləyib apardılar. Qiymətli xəzinəsini,
bol pulunu talan etdilər. Qırx incə belli qız ilə Boyu uzun Burla xatun
əsir getdi. Qazan bəyin qarımış anası qara dəvə boynundan asılı getdi.
Qazan xanın oğlu Uruz bəy üç yüz igidlə əli bağlı, boynu bağlı getdi.
İlək qoca oğlu Sarı Qalmaş Qazan bəyin evi üstündə döyüşdə həlak oldu.
Qazanın bu işlərdən xəbəri yox idi.
Kafir deyir: “Bəylər, Qazanın tövlə-tövlə şahanə atlarını
minmişik, qızıl-gümüşünü talan etmişik, qırx igidlə oğlu Uruzu dustaq
etmişik. Qatar-qatar dəvələrini gətirmişik, qırx incə belli qızla
Qazanın arvadını tutmuşuq. Biz bu heyfləri Qazana vurmuşuq”.
Kafirlərdən biri dedi: “Qazan bəydə bir heyfimiz qaldı”.
Şöklü Məlik dedi: “Ədə, aznavur, nə heyfimiz qaldı?”.
Kafir: “Qazanın Qapılı Dərbənddə on min qoyunu vardır. O qoyunları
da götürsək, Qazana çox böyük ziyan vurardıq”, – dedi. Şöklü
Məlik: “Altı yüz kafir getsin, qoyunu gətirsin” – dedi.
Altı yüz kafir atlandı, qoyun üzərinə yürüş etdi.
Gecə yatarkən Qaraca çoban yuxuda qara qayğılı əhvalat gördü.
Hövlnak ayağa durdu. Qabangücü və Dəmirgücü adlı iki qardaşını yanına
çağırdı. Ağılın qapısını bərkitdi. Üç yerdə təpə kimi daş yığdı, ala
qollu sapandını əlinə aldı.
Qaraca çobanın üstünü qəflətən altı yüz kafir aldı. Onlar dedilər:
Qaranlıq axşam olanda qayğılı çoban!
Qar-yağış yağanda od-ocaqlı çoban!
Südü, pendiri bol, qaymaqlı çoban!
Qazan bəyin qızıl tağlı uca evlərini biz yıxmışıq.
Tövlə-tövlə şahanə atlarını biz minmişik.
Qatar-qatar qızıl dəvəsini biz yedəkləmişik.
Qarıcıq anasını biz gətirmişik.
Qiymətli xəzinəsini, bol pulunu biz talan etmişik.
Qaza bənzər qız-gəlinini biz əsir etmişik.
Qırx igidlə Qazanın oğlunu biz tutmuşuq.
Qırx incə belli qızla Qazanın arvadını biz gətirmişik.
Ay çoban, uzaqdasan-yaxındasan, bəri gəl! Baş endirib təzim et!
Bizə salam ver, öldürməyək! Səni Şöklü Məlikin yanına aparaq, bəylik
alıb verək. Çoban deyir:
Boş-boş danışma, itim kafir!
İtimlə bir yalaqdan yal içən azğın kafir,
Altındakı alaca atını nə öyürsən?
Ala başlı keçimcə görünməz mənə!
Başındakı dəbilqəni nə öyürsən, ay kafir?
Başımdakı papağımca görünməz mənə!
Altmış tutam nizəni nə öyürsən, murdar kafir?
Qırmızı dəyənəyimcə görünməz mənə!
Qılıncını nə öyürsən, ay kafir?
Əyri başlı çövkanımca görünməz mənə!
Belində doxsan oxunu nə öyürsən, ay kafir?
Ala qollu sapandımca görünməz mənə!
Uzaqdasan-yaxındasan, bəri gəl!
İgidlərin zərbəsini gör, sonra get!
Kafirlər sakitcə irəli cumub ox atdılar. İgidlər igidi Qaraca çoban
sapandının ağzına daş qoydu, atdı. Birini atanda ikisini-üçünü yıxdı.
İkisini atanda üçünü-dördünü yıxdı. Kafirlərin gözünə qorxu düşdü.
Qaraca çoban kafirin üç yüzünü sapand daşı ilə yerə yıxdı. İki qardaşı
isə oxlandı, həlak oldu.
Çobanın daşı tükəndi; qoyun demir, keçi demir, sapandın ağzına
qoyur atır, kafiri yıxırdı.
Kafirin gözü qorxdu, dünya-aləm başına qaranlıq oldu. Dedilər:
“Arzusu gözündə qalsın, bu çoban birdən bizim hamımızı qırar?!”.
Daha durmayıb qaçdılar.
Çoban həlak olan qardaşlarını dəfn etdi. Kafirlərin leşindən bir
böyük təpə düzəltdi, çaxmaq çaxıb odda yandırdı. Yapıncısından kəsib
yandırdı, qurumunu yarasına basdı. Yolun əyrisini tutub oturdu. Ağladı,
sızladı. Dedi: “Salur Qazan, bəy Qazan! Ölüsənmi, dirisənmi? Bu
işlərdən xəbərin yoxdurmu?”.
Sən demə, xanım, o gecə Qalın Oğuzun dayağı, Bayındır xanın
kürəkəni, Ulaş oğlu Salur Qazan yuxuda qarma-qarışıq əhvalat gördü,
hövlnak ayağa durdu. Dedi: “Qardaşım Qaragünə, bilirsənmi yuxumda
nə göründü? Qara-qayğılı əhvalatlar gördüm. Gördüm ki, yumruğumda
bir şahin çırpınıb, quşumu əlimdən alır. Hündür evimin üzərinə
göydən ildırım çaxdığını gördüm. Qatı, qara dumanın düşərgəmin üstünü
bürüdüyünü gördüm. Quduz qurdların evimi dəldiyini gördüm.
Qara dəvənin ənsəmdən qapdığını gördüm. Gördüm ki, qara saçım
qarğı kimi uzanır, uzandıqca gözümü örtür. Əllərimdə on barmağımı
qan içində gördüm. Bu yuxunu görəndən bəri ağlımı-huşumu yığa bilmirəm.
Xan qardaşım, mənim bu yuxumu yoz mənimçin!”.
Qaragünə deyir: “Qara bulud dediyin sənin taleyindir. Qar ilə
yağmur dediyin sənin qoşunundur. Saç qayğıdır, dərdi-sərdir. Qanqanqaralıqdır.
Qalanın yoza bilmərəm, Allah yozsun”.
Belə dedikdə Qazan deyir: “Mənim ovumu pozma, qoşunumu dağıtma!
Mən bu gün Qonur atı çapıb, üç günlük yolu bir gündə gedərəm;
evə dəymədən yurduma baş çəkərəm. Əgər salamatlıqdırsa,
axşam olmadan yenə sənin yanına gələrəm. Oradakılar sağ-salamat
deyilsə, başınıza çarə edin. Mən daha getdim. Qazan bəy Qonur atını
mahmızladı, yola çıxdı. Gəlib-gəlib yurduna çatdı. Gördü ki, yurdunda
bir tazı qalıb, quzğun dolaşır. Qazan bəy burada yurdu ilə xəbərləşib,
görək xanım, necə xəbərləşib, nə demişdir:
Qohum-qəbiləli komam-yurdum!
Qulanla sığına-keyikə qonşu yurdum!
Səni düşmən haradan talayıb, gözəl yurdum!
Uca evimin tikilisi, yurdu qalmış,
Qoca anamın oturduğu yer də qalmış.
Oğlum Uruzun ox atdığı nişan qalmış.
Bəylərin at çapdırdığı meydan qalmış.
Qara mətbəxin yerində ocaq qalmış...
Bu halı gördükdə Qazanın qara qıyıq gözləri qan-yaş doldu. Qanı
damarlarında qaynadı. Qara bağrı sarsıldı. Qonur atını dizləri ilə vurub,
kafirin keçdiyi yola düşdü, getdi. Qazanın qarşısına bir su çıxdı. Qazan
dedi: “Su, Allahın üzünü görmüşdür. Mən bu su ilə xəbərləşim!”.
Görək, xanım, necə xəbərləşdi. Qazan deyir:
Çağlayaraq qayalardan çıxan su!
Ağac gəmiləri atıb-tutan su!
Həsən ilə Hüseynin həsrəti su!
Bağ ilə bostanın zinəti su!
Ayişə ilə Fatimənin baxışı su!
Şahanə atların içdiyi su!
Qızıl dəvələrin gəlib keçdiyi su!
Çevrəsində ağ qoyunların yatdığı su!
Yurdumdan bir xəbər bilirsənsə, de mənə!
Dərdli başım qurban olsun, suyum, sənə!
Su necə xəbər versin?! Sudan keçdi, bu dəfə bir qurda rast gəldi.
“Qurd üzü uğurludur, qurdla bir xəbərləşim”, – dedi. Görək, xanım,
necə xəbərləşdi:
Qaranlıq axşam olanda günü doğulan!
Qarla yağış yağanda ər kimi duran!
Qaracıq atları kişnəşdirən!
Qızıl dəvə gördükdə inləşdirən!
Ağca qoyun görəndə quyruğuyla qamçı çəkən!
Arxasıyla vurub, bərk ağılın ardını sökən!
Burma-axta kök qoçları alıb-tutan!
Qanlı quyruq üzüb şap-şap udan
Ulaşması köpəkləri təşvişə salan!
Əldə məşəl çobanları gecə vaxtı yüyürdən!

Dərdli başım qurban olsun, qurdum, sənə! – dedi.
Qurd necə xəbər versin?! Qurddan da ötüb-keçdi. Qaraca çobanın
qara köpəyi Qazanın qarşısına gəldi. Qazan qara köpəklə xəbərləşdi,
görək, xanım, necə xəbərləşdi:
Qaranlıq axşam olanda hav-hav hürən!
Turş ayran töküləndə şap-şap içən!
Gələn yadı, oğrunu qorxudan!
Hürməyiylə qorxudaraq hürküdən!
Yurdumun xəbərini bilirsənsə, de mənə!
Dərdli başım sağ olduqca
yaxşılıqlar edim, köpək, sənə! – dedi.
Köpək necə xəbər versin?! Köpək Qazanın atının ayağına atılıbdüşür,
zing-zing zingildəyir. Qazan qamçı ilə köpəyi vurdu. Köpək
çəkildi, gəldiyi yolla getdi. Qazan köpəyi qovlayıb, Qaraca çobanın
yanına gəldi. Çobanı gördükdə xəbərləşdi, görək, xanım, necə
xəbərləşdi:
Qaranlıq axşam olanda qayğılı çoban!
Qarla yağış yağanda od-ocaqlı çoban!
Səsimi anla, sözümü dinlə!
Evimin buradan keçdiyini gördünmü, de mənə!
Dərdli başım qurban olsun, çoban sənə! -dedi.
Çoban deyir:
Ölmüşdünmü, itmişdinmi, a Qazan!
Harda gəzirdin, haradaydın, a Qazan!
Dünən yox, o biri gün evin buradan keçdi.
Qoca anan qara dəvə boynundan asılı keçdi.
Qırx incə belli qızla arvadın –
Boyu uzun Burla xatun ağlayıb burdan keçdi.
Qırx igidlə oğlun Uruz başı açıq, ayağı yalın
kafirlərin yanınca dustaq getdi.
Tövlə-tövlə atlarını kafir minmiş.
Qatar-qatar qızıl dəvələrini kafir yedəkləmiş,
Qızıl-gümüş, pul xəzinəni kafir talamışdır!..
Çoban belə deyərkən Qazan ah çəkdi, ağlı başından çıxdı. Dünyaaləm
başına qaranlıq oldu. Dedi: “Ağzın qurusun, çoban! Dilin çürüsün,
çoban! Allah sənin alnına bəla yazsın, çoban!”. Qazan belə deyəndə
çoban deyir:
Nə danlayırsan məni, ağam Qazan?
Yoxsa heç köksündə yoxmudur iman?
Altı yüz kafir də mənim üstümə gəldi. İki qardaşım həlak oldu.
Üç yüz kafiri öldürdüm, cəzasına çatdırdım. Sənin qapından bir kök
qoyun, arıq toğlu da kafirlərə vermədim. Üç yerdən yaralandım,
dərdli başım dumanlandı, yalqız qaldım. Günahım budurmu?”. Sonra
çoban deyir:
Qonur atını mənə ver!
Altmış tutamlıq nizəni mənə ver!
At o böyük qalxanını, mənə ver!
Böyük, iti, polad qılıncını mənə ver!
Oxqabından səksən oxunu mənə ver!
Ağ tozluca tutacaqlı bərk yayını mənə ver!
Gedim kafirin qolundakı şahinini öldürüm.
Paltarımın qolu ilə alnımın qanını silim.
Ölərsəm, qoy sənin uğrunda mən ölüm!
Allah qoyarsa, evini mən xilas eləyim!
Çoban belə dedikdə Qazan qəhərləndi. Yola düzəlib götürüldü.
Çoban da Qazanın ardından yetişdi. Qazan dönüb baxdı, soruşdu: “Oğul
çoban, hara gedirsən?” Çoban dedi: “Ağam Qazan, sən evini-ailəni xilas
etməyə gedirsən, mən də qardaşımın qanını almağa gedi-rəm”.
Belə dedikdə Qazan soruşdu: “Oğul çoban, qarnım acdır. Yeməyə
bir şeyin vardırmı?” Çoban dedi: “Bəli, ağam Qazan, gecədən bir quzu
bişirib qoymuşam. Gəl bu ağacın dibində oturaq, yeyək”.
Endilər. Çoban dağarcığını çıxardı. Yedilər. Qazan fikirləşdi, dedi:
“Əgər çobanla getməli olsam, Qalın Oğuz bəyləri bunu başıma qaxınc
edərlər. Çobanla olmasaydı, Qazan kafiri məğlub etməzdi deyərlər”.
Qazana qeyrət gəldi. Çobanı bir böyük ağaca sarıya-sarıya möhkəm
bağladı. Atlandı getdi. Çobana dedi: “Ədə, çoban! Qarnın acmamış, gözün
qaralmamışkən bu ağacı qopar! Yoxsa səni burda qurd-quş yeyər”.
Qaraca çoban güc elədi, iri ağacı yeriylə-yurduyla qopardı, arxasına
alıb Qazanın ardınca düşdü.
Qazan baxdı gördü, çoban ağacı arxasına alıb gəlir. Qazan soruşdu:
“Ədə, çoban, bu ağac nədir?”. Çoban deyir: “Ağam Qazan, bu ağac
ona görədir ki, sən kafiri basarsan, qarnın acar, mən də sənə bu ağacla
yemək bişirərəm”.
Bu söz Qazana xoş gəldi. Atından endi, çobanın əllərini açdı. Bir
dəfə alnından öpüb dedi: “Allah mənim evimi bəladan qurtararsa, səni
bütün ilxılarıma başçı qoyaram.”. İkisi birlikdə yola düzəldi.
Bu yanda Şöklü Məlik keyfi kök, kafirlərlə yeyib-içib oturmuşdu.
Dedi: “Bəylər, bilirsizmi, Qazana necə heyif vurmaq lazımdır? Boyu
uzun Burla xatununu gətirdək, badə paylasın!”.
Boyu uzun Burla bunu eşitdi, ürəyinə-canına od düşdü. Qırx incə
belli qızın içinə girib, məsləhət verdi, dedi: “Qazan bəyin xatunu hansınızdır?”-
deyə hansınıza yapışarlarsa, qırx yerdən səs verərsiz”.
Şöklü Məlikdən adam gəldi: “Qazan bəyin xatunu hansınızdır?”
deyə soruşdu. Qırx yerdən səs gəldi. Hansıdır, bilmədilər. Kafirə xə-
bər verdilər: “Birinə yapışdıq, qırx yerdən avaz gəldi. Bilmədik, hansıdır”,
– dedilər.
Kafir dedi: “Ədə, gedin Qazanın oğlu Uruzu dartıb çəngəldən asın.
Ağ ətindən qıyma-qıyma çəkin; qara qovurma bişirib, qırx bəy qızına
aparın. Hər kim yedi, o deyil, hər kim yemədi, odur. Götürün-gəlin,
şərab paylasın!”.
Boyu uzun Burla xatun oğlunun yanına gəldi. Çağırıb oğlunu soylayır,
görək, xanım, nə soylayır:
Oğul, oğul, ay oğul!
Bilirsənmi, nələr oldu?
Söyləşdilər xısın-xısın,
Duydum işini kafirin.
Qızıl tağlı uca evimin dirəyi oğul!
Qaza bənzər qız-gəlinimin çiçəyi oğul!
Oğul, oğul, ay oğul!
Doqquz ay dar qarnımda gəzdirdiyim oğul!
On ay deyəndə dünyaya gətirdiyim oğul!
Bələyini beşikdə bələdiyim oğul!
Kafirlər fikirlərini dəyişiblər; deyiblər ki, Qazan oğlu Uruzu həbsdən
çıxarıb, örkənlə boğazından asın. İki kürəyindən çəngələ sancın,
qıyma-qıyma ağ ətindən çəkin. Qara qovurma edib, qırx bəy qızına
aparın. Hər kim yedi, o deyil. Hər kim yemədi, o Qazanın xatunudur;
çəkin-gətirin, döşəyimizə salaq, şərab paylatdıraq! “Sənin ətindən, ay
oğul, yeyimmi? Yoxsa iyrənc dinli kafirin döşəyinə girimmi? Ağan
Qazanın namusunu tapdayımmı? Neyləyim, ay oğul?!” – dedi.
Uruz deyir: “Ağzın qurusun, ana! Dilin çürüsün, ana! “Ana haqqı –
Tanrı haqqı” - deyilməsəydi, qalxıb yerimdən durardım, yaxandanboğazından
tutardım. Qaba dizimin altına salardım. Ağ üzünü qara
yerə çırpardım. Ağzından-üzündən qan şoruldayardı. Can şirinliyini
sənə göstərərdim. Bu nə sözdür? Saqın, xanım ana! Mənim üzərimə
gəlməyəsən! Mənim üçün ağlamayasan! Qoy məni, xanım ana, çəngələ
sancsınlar! Qoy ətimdən çəksinlər; qara qovurma edib, qırx bəy
qızının önünə aparsınlar. Onlar bir yeyəndə, sən iki dəfə ye. Kafirlər
duymasınlar, səni tanımasınlar. Təki murdar dinli kafirin döşəyinə
düşməyəsən. Onlara şərab paylayıb, atam Qazanın namusunu sındırmayasan.
Saqın!”.
Oğlan belə deyəndə gözünün yaşı gildir-gildir axdı. Boyu uzun,
beli incə Burla xatun boyun-qulağını tutdu, yıxıldı. Payız alması kimi
al yanağını yırtdı-dağıtdı. Qarğı kimi qara saçını yoldu. “Oğul!”,
“Oğul!” deyib, zar-zar ağladı. Uruz deyir:
Xanım ana! Qabağımı kəsib nə inləyirsən?
Niyə zarıyırsan, niyə ağlayırsan?
Bağrımı, ürəyimi nə dağlayırsan?
Keçmiş günlərimi nə andırırsan?
Ay ana! Ərəb atları olan yerdə
bir qulunu tapılmazmı?
Qızıl dəvələr olan yerdə
bir köşək tapılmazmı?
Ağca qoyunlar olan yerdə
bir quzusu tapılmazmı?
Sən sağ ol, xanım ana! Atam sağ olsun!
Bir mənim kimi oğul tapılmazmı?!
Belə dedikdə anası dözə bilmədi. Ana gedib, qırx incə belli qızın
arasına girdi.
Kafirlər Uruzu tutub qənarə dibinə gətirdilər. Uruz dedi: “Ay
kafir, amandır, Tanrının birliyinə şübhə yoxdur! Qoyun məni, bu ağacla
danışım”. Çağırıb ağaca soylamış, görək, xanım, necə soylamışdır:
Sənə “Ağac!”, “Ağac!” deyirəmsə, öyünmə, ağac!
Məkkə ilə Mədinənin qapısı ağac!
Museyi-Kəlimin əsası ağac!
Böyük-böyük suların körpüsü ağac!
Nəhəng-nəhəng dənizlərin gəmisi ağac!
Əlinin Düldülünün yəhəri ağac!
Əlinin qılıncının qınıyla dəstəyi ağac!
İmam Həsənlə Hüseynin beşiyi ağac!
Ər də olsa, arvad da olsa, qorxusu ağac!
Başını tutub baxarsam, başsız ağacsan!
Dibini tutub baxarsam, dibsiz ağacsan!
Məni səndən asarlar, götürmə, ağac!
Götürsən, igidliyim səni tutsun, ağac!
Gərək bizim eldə olaydın, ağac!
Qara hindu qullarıma buyuraydım,
Səni para-para doğrayaydılar, ağac!
Sonra dedi:
Tövlə-tövlə bağlanan atlarımdan heyf!
“Qardaş” deyə sızlayan yoldaşlarımdan heyf!
Yumruğumda qanad çalan şahin quşumdan heyf!
Yetər ilə Tutan kimi tazılarımdan heyf!
Bəylikdən doymadım, özümdən heyf!
İgidlikdən yorulmayan canımdan heyf!
Uruz hönkür-hönkür ağladı, yanıq ciyərini dağladı.
Bu zaman, sultanım, Salur Qazanla Qaraca çoban çaparaq yetdi.
Çobanın sapandının daşlığı üçyaşar dana dərisindən, sapandının qolları
isə üç keçi tükündən düzəlmişdi. Sapandın çatısı bir keçi tükündən idi.
Hər atanda on iki batman daş atardı. Atdığı daş yerə düşməzdi. Yerə
düşsə də, toz kimi sovrular, kül kimi ovulardı. Üç ilədək daşının düşdüyü
yerin otu bitməzdi. Bayırda kök qoyun da, arıq toğlu da qalsaydı,
sapandın qorxusundan qurd gəlib yeməzdi.
Sultanım, Qaraca çoban çatan kimi, sapandını işə saldı. Dünyaaləm
kafirin gözündə qaraldı. Qazan dedi: “Qaraca çoban, qoy anamı
kafirdən istəyim, at ayağı altında qalmasın”.
At ayağı iti, ozan dili çevik olur. Qazan kafiri çağırıb soylamış,
görək, xanım, nə soylamışdır:
Ay Şöklü Məlik!
Qızıl tağlı uca evlərimi götürüb gəlmisən,
sənə kölgəlik olsun!
Qiymətli xəzinəmi, bol gümüşümü götürmüsən,
sənə xərclik olsun!
Qırx incə belli qızla Burla xatunu gətirmisən,
sənə əsir olsun!
Qırx igidlə oğlum Uruzu gətirib gəlmisən,
sənin qulun olsun!
Tövlə-tövlə şahanə atlarımı gətirib gəlmisən,
sənin miniyin olsun!
Qatar-qatar dəvələrimi gətirib gəlmisən,
sənin yükünü daşısın.
Qoca anamı gətirmisən, ay kafir,
anamı ver mənə!
Savaşmadan-vuruşmadan qayıdım geri,
dönüb gedim!
Kafirlər dedilər:
Qızıl tağlı uca evini gətirmişik, bizimdir!
Şöklü Məlik qırx incə belli qızla Burla xatunu
gətirmişdir, bizimdir!
Qırx igidlə oğlun Uruzu gətirmişdir, bizimdir.
Tövlə-tövlə atlarını, qatar-qatar dəvələrini
gətirmişdir, bizimdir!
Qarıcıq ananı gətirmişiksə, bizimdir,
Sənə vermərik; Yayxan keşiş oğluna verərik,
Yayxan keşiş oğlundan oğlu doğular,
Biz onu sənə əvəz qoyarıq!
Belə dedikdə Qaraca çobanın acığı tutdu, dodaqları səyridi. Çoban dedi:
Ehey, dinsiz, huşsuz kafir!
Ağılsız, başsız kafir!
Qarşıdakı qarlı dağlar
Qarıyıbdır, otu bitməz.
Qan-qadalı irmaqlar
Quruyubdur, suyu gəlməz.
Şahanə-şahbaz atlar
Qarıyıbdır, qulun verməz.
Qızıl-qızıl dəvələr də
Qarıyıbdır, köşək verməz.
A kafir, Qazanın anası
Qocalıbdır, oğul verməz.
Şöklü Məlik, cins toxuma meylin varsa, qara gözlü qızını gətir Qazana
ver! Ay kafir, sənin qızından oğlu doğulsun, siz onu Qazan bəyin
xidmətinə göndərəsiniz!
Bu vaxt Qalın Oğuz bəyləri gəlib yetişdi, xanım, görək kimlər gəldi:
Qaradərə ağzında qara buğa dərisindən beşiyinin yerliyi olan, acığı
tutanda qara daşı kül eyləyən, bığını boynu dalında yeddi dəfə düyünləyən,
igidlər igidi, Qazan bəyin qardaşı Qaragünə çaparaq yetişdi:
“Çal qılıncını, qardaşım Qazan, yetdim!” – dedi.
Bunun ardınca, görək, kimlər yetişdi.
Dəmir qapı Dərbənddəki dəmir qapını hücumla alan, altmış tutamlıq
böyük nizəsinin ucunda igidləri böyürdən Qıyan Səlcik oğlu Dəli
Dondaz çaparaq yetişdi: “Çal qılıncını, ağam Qazan, yetdim!” – dedi.
Bunun ardınca, xanım, görək, kimlər yetişdi:
Amidlə Mərdin qalasını vurub-yıxan, Dəmir yaylı Qıpçaq Məlikə
qan qusduran, gələrək Qazanın qızını mərdliklə alan, oğuzun ağ saqqallı
qocaları görəndə o igidə “əhsən” deyən, al məxmər şalvarlı, atı
mavi qotazlı Qaragünə oğlu Qarabudaq çaparaq yetişdi: “Çal qılıncını,
ağam Qazan, yetdim!”- dedi.
Bunun ardınca görək, xanım, kimlər yetişdi:
İcazəsiz Bayındır xanın düşmənini basan, altmış min kafirə qan
qusduran, ağ-boz atının yalı üzərində qar yığılan Qəflət qoca oğlu Şir
Şəmsəddin çaparaq yetişdi: “Çal qılıncını, ağam Qazan, çatdım!” – dedi.
Bunun ardınca, görək xanım, kimlər yetişdi:
Parasarın Bayburd hasarından sıçrayıb aşan, al rəngli gəlin otağına
qarşı gələn, yeddi qızın ümidi, Qalın Oğuzun müjdəçisi, Qazan bəyin
silahdaşı, Boz ayğırlı Beyrək çaparaq yetişdi: “Çal qılıncını, ağam
Qazan, çatdım!” – dedi.
Bunun ardınca, xanım, görək kimlər yetdi:
Çalım-çarpaz çalmalı, çal qaraquş ərdəmli, qurama qurşaqlı,
qulağı qızıl küpəli, Qalın Oğuz bəylərini bir-bir atından yıxan, Qazlıq
Qoca oğlu Yegnək bəy çaparaq yetişdi: “Çal qılıncını, ağam Qazan,
çatdım!” – dedi.
Bunun ardınca, görək, xanım, kimlər yetişdi:
Altmış təkə dərisindən olan kürkü topuqlarını örtməyən, altı erkək
dərisindən papağı qulağını örtməyən, qolu-budu uzunca, baldırları
incə Qazan bəyin dayısı At ağızlı Aruz Qoca çaparaq yetişdi: “Çal qılıncını,
bəyim Qazan, çatdım!” – dedi.
Bunun ardınca, görək, kimlər yetişdi:
Gedib peyğəmbərin üzünü görən, gələrək oğuzlar içində ona
tərəfdar çıxan, acığı tutanda bığlarından qan çıxan, bığı qanlı Bükdüz
Əmən çaparaq yetişdi: “Çal qılıncını, ağam Qazan, çatdım!” – dedi.
Bunun ardınca, görək, kimlər yetişdi:
Kafirləri it ardına qoşub-alçaldan, eldən çıxıb Ayğırgözlü suyunda
at üzdürən, əlli yeddi qalanın açarını alan, Ağ Məliyin Çeşmə qızına
evlənən Sufi Sandal Məlikə qan qusduran, qırx cübbə bürünüb otuz
yeddi qala bəyinin gözəl qızlarını oğurlayıb bir-bir boynunu qucan,
üzündən-dodağından öpən İlək qoca oğlu Alp Ərən çaparaq yetişdi:
“Çal qılıncını, ağam Qazan, çatdım!” – dedi.
Sayılmaqla oğuz bəyləri tükənməz. Hamı yetişdi. Təmiz suda
yuyundular. Ağ alınlarını yerə qoydular. İki rükət namaz qıldılar. Adı
əziz Məhəmmədə salavat gətirdilər. Sakitcə kafirin üstünə at saldılar,
qılınc çaldılar. Gumbur-gumbur nağaralar döyüldü. Burması qızıl tunc
borular çalındı.
O gün cəsur ər igidlər bəlli oldu. O gün namərdlər gizlənməyə yer
axtardı. O gün bir qiyamət savaş oldu, meydan başla doldu; başlar top
kimi kəsildi. Şahanə atlar qaçanda nalı düşdü. Böyük-uzun nizələr
sancılıb süstəldi. Böyük, iti polad qılınclar çalındı, tiyəsi korşaldı. Üç
lələkli qayın oxlar atıldı, dəmir ucluğu düşdü. O gün, elə bil, qiyamətin
bir günü idi. Bəy nökərindən, nökər bəyindən ayrıldı.
Daş Oğuz bəyləri ilə Dəli Dondaz sağdan, cəsur igidlərlə Qaragünə
oğlu Dəli Budaq sol yandan hücum etdi. İç Oğuz bəyləri ilə Qazan
mərkəzdə düşmənlərin topasına hücum etdi. Şöklü Məlikə çatdı, böyürdüb
atdan yerə saldı, qəfilcə tutub başını kəsdi. Bir zərbə ilə al qanını
yer üzünə tökdü. Sağ tərəfdə Qara Tükən Məliklə Qıyan Səlcik
oğlu Dəli Dondaz qarşılaşdı. Sağ yanını qılınclayıb yerə saldı. Sol tərəfdə
Buğacıq Məliklə Qaragünə oğlu Dəli Budaq qarşılaşdı. Altı pərli
gürz ilə təpəsinə möhkəm zərbə vurdu. Dünya-aləm Buğacıq Məlikin
gözündə qaraldı: atın boynunu qucaqlayıb, yerə düşdü.
Qazan bəyin qardaşı kafirin bayrağını qılınclayıb yerə saldı.
Dərələrdə, təpələrdə kafirlərə qırğın düşdü, leşlərinə quzğun toplaşdı.
On iki min kafir qılıncdan keçdi. Oğuz igidlərindən beş yüzü həlak
oldu. Qazan bəy qaçanı qovmadı, “aman” deyəni öldürmədi. Qalın
Oğuz bəyləri böyük qənimət əldə etdilər.
Qazan bəy öz ordusunu, arvad-uşağını, xəzinəsini geri aldı, qızıl
taxtında geri döndü. Yenə evlərini tikdirdi. Qaraca çobanı əmiraxur
etdi. Yeddi gün, yeddi gecə yemək-içmək oldu. Qırx nəfər qulu, qırx
kənizi oğlu Uruza görə azad elədi. Cəsur qoç igidlərə çoxlu torpaqlar
verdi: şalvar, çuxa, arxalıq verdi...
Dədəm Qorqud gəlib boy boyladı, soy soyladı. Bu oğuznaməni
qoşdu-düzdü, belə dedi:
Hanı dediyim bəy ərənlər?
Dünya mənimdir deyənlər?
Əcəl aldı, yer gizlədi,
Fani dünya kimə qaldı?
Gəlimli-gedimli dünya,
Son ucu ölümlü dünya!
Xeyir-dua verək, xanım:
Qarlı uca dağların yıxılmasın!
Kölgəlik hündür ağacın kəsilməsin!
Coşğun axan gözəl suyun qurumasın!
Tanrı səni namərdə möhtac etməsin!
Çaparkən ağ-boz atın büdrəməsin!
Vuruşanda iti polad qılıncın gödəlməsin!
Sancılarkən uzun nizən əyilməsin!
Ağ saqqallı atan yeri cənnət olsun!
Ağ birçəkli anan yeri behişt olsun!
Son gündə təmiz imandan ayırmasın!
“Amin!” deyənlərin üzünü görsün!
Ağ alnımızı yerə qoyub, beş kəlmə dua qıldıq,
qəbul olunsun!
Allah verən ümidin üzülməsin!
Yığışdırsın, saxlasın günahlarını
Adı gözəl Məhəmməd Mustafanın
üzü suyuna bağışlasın, xanım, hey!..
davamı