Nəsimi rayon Məhkəməsi mayın 2-də hüquq müdafiəçisi Vidadi İsgəndərli barəsində 2 aylıq həbs qəti imkan tədbiri seçib.
Bu barədə AzadlıqRadiosuna onun vəkili Akif Əlizadə məlumat verib. Vidadi İsgəndərli Cinayət Məcəlləsinin 159.3-cü (vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olma), 160.1-ci (seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə cinayət işi başlanmışdı. Sonradan həmin cinayət işinə xitam verilsə də bu gün eyni maddələrlə ona qarşı təkrar cinayət işi açılıb.
V.İsgəndərli 7 noyabr parlament seçkilərində 89 saylı Ağdaş-Göyçay seçki dairəsindən namizədliyini irəli sürmüşdü.
Vidadi İsgəndərli aprelin 17-də İctimai Palatanın mitinqi zamanı saxlanılıb. Onun barəsində Nəsimi rayon Məhkəməsinin seçdiyi 15 sutkalıq həbs müddəti bu gün saat 2-də başa çatırdı.