Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı mayın 12-də sərbəst buraxılıb. Tural Abbaslı mayın 9-da gənclərin «Gül bayramı»na etiraz aksiyasına hazırlaşdığı ərəfədə saxlanmışdı və ona 3 sutka həbs cəzası verilmişdi.
Onunla yanaşı Müsavat Partiyasının fəalları - Əhəd Məmmədov, Murad Kərimov, Fərid Rəfiyev və Yalçın Abbaslıya da 3 sutka həbs cəzası verilib. Bu gün onların da sərbəst buraxılacağı gözlənilir. Gənclər Binəqədi rayon müvəqqəti saxlanma təcridxanada saxlanılır.
Tural Abbaslı «Azadlıq» radiosuna deyir ki, saxlanma təcridxanasında ona hər hansı təzyiq olmayıb.