Dünyada azadlıqların vəziyyətini öyrənən “Freedom House” təşkilatının araşdırmalar üzrə direktoru Kristofer Volker “Azadlıq” radiosunun suallarını cavablandırıb.
Bu gün BMT-nin İnsan Haqları Şurasına seçki olacaq. Azərbaycan da Şuraya üzv olmaq istəyir. Siz isə müdafiə etmirsiniz. Niyə insan haqları təşkilatları, o cümlədən də Sizin təşkilat Azərbaycanın namizədliyini müdafiə etmir?
"Freedom House", eləcə də başqa demokratiya və insan haqları təşkilatları BMT və başqa beynəlxalq qurumlarda lider mövqelərə çıxmaq iddiasında olan bir çox ölkələrin bu ddialarının əleyhinədir. Hesab edirik ki, öz ölkələrində əsas insan azadlıqlarına hörmət etməyən dövlətlərin geniş mənada insan haqlarına cavabdeh mövqelərdə olması düzgün deyil. Bu əsas, baza prinsipdir.
Məncə, Azərbaycan öz daxilində insan haqlarının vəziyyətini yaxşılaşdırsa, bu, fundamental addım olardı.
Bu yaxınlarda “Freedom House” dünyada mətbuat azadlığının vəziyyətinə dair hesabat yayıb. Orada da Azərbaycan tənqid edilir ki, ölkədə media azadlığı, fikrin azad ifadəsi üçün mühit yoxdur. Bu hesabata Azərbaycan hökumətindən hər hansı reaksiya alıbsınızmı?
Biz Azərbaycan hakimiyyətindən qiymətləndirmələrimizə davamlı reaksiyalar alırıq. Məsələləri müzakirə etməiy üstün tutardıq. Biz reallıqda səslərin boğulduğunu, xarici radioların bağlandığını görürük. Bunlar çox pis hallardır və onlar başqa sahələrin dəyərləndirmələrində də pis nəticələrə səbəb olur.
Son illər olduğu kimi bu il də Azərbaycan azadlıqların vəziyyətində göstəriciləri ilə çox pis ölkələr kateqoriyasına düşdü. Bu da media azadlığı üçün mövcud olan hüquqi, siyasi və iqtisadi şəraitin nəticəsidir.
Bəzi müsbət dəyişikliklər də var. Bilirsiz ki, bir neçə jurnalist amnistiya ilə həbsdən azad edilib. Bu irəliləyişlərə Sizin reaksiyanız nədir?
Məncə, jurnalistlər əvvəldən həbsdə olmamalı idilər. Onların azad edilmələri alqışlanan irəliləyişdir. Amma bu, ölkədə media azadlığı sahəsində reallıqları dəyişmir. Rəsmilərin media azadlığına müdaxilələri normaya çevrilib, ötən aylarda xarici radioların ölkədə yayımı dayandırıldı.
Azərbaycanda media azadlığının ümumi mənzərəsinə baxsaq, jurnalistlərin azadlığa buraxılmasını alqışlaya bilərik. Amma bu, jurnalistlərin üzləşdikləri gündəlik reallıqları dəyişmir.
Bu yaxınlarda prezident Əliyev Brüsselə səfərində bildirdi ki, əvvəlcə yoxsulluğu, iqtisadi, sosial çətinlikləri aradan qaldırmaq lazımdır. Bu problemlərin həllindən sonra demokratiya gələcək. Siz bu mövzuda nə düşünürsüz?
Prinsip kimi deyə bilərəm ki, heç bir şey meda azadlığını məhdudlaşdırmağa əsas olmamalıdır. Hətta, iqtisadi inkişaf gedən dövrdə belə.
Azərbaycanda isə xüsusi vəziyyət var. Ölkədə aydın görünən iqtisadi inkişaf var. Geniş baxanda bunun enerji mənbələrinə görə olduğu bilinir.
Bu cür vəziyyətdə isə daha çox informasiyanın, daha azad medianın olması som dərəcədə zəruridir. Cəmiyyətdə gəlirlərin necə istifadə edildiyi, bu investisiyaların hara qoyulduğu barədə diskussiya getməlidir.
Məncə, bu, yaxşı arqument deyil. Açıq cəmiyyətin, azad medianın qarşısının alınmasına heç nə ilə bəraət verilməz.
Vaşinqtonda yeni administrasiya var. Bir çox yerli və beynəlxalq təşkilatlar əvvəlki administrasiyanı Azərbaycan kimi ölkələrdə zorakılıqlara, mətbuat, toplaşma azadlığı sahəsində pozuntulara göz yummaqda ittiham edirdilər. Yeni administrasiyanın bu istiqamətdə bir-iki addımı var. Siz Obama administrasiyasının məsələn, Azərbaycanla bağlı siyasətini necə görürsünüz?
Düçünürəm ki, hər hansı qiymət vermək hələ çox tezdir. “Freedom House” və başqa beynəlxalq təşkilatlar müxtəlif məsələlərin bir-birinə necə bağlılığını axtarır. Bunlar enerji təhlükəsizliyi, hərbi məsələlər, iqtisadi inkişaf və sdir. Amma ümid edirik ki, baza prinsiplər – demokratik cavabdehlik, şəffaflığın əsas standartları, açıq informasiya kimi məsələlər Azərbaycan və başqa ölkələrlə dilaoqların əsas mövzularından olacaq.
Azərbaycan hökuməti Sizin hesabatlarınızdan əsəbləşir. Onlar sizi qərəzçilikdə, obyektiv omamaqda ittiham edirlər. Belə görünür, “Freedom House” və başqa beynəlxalq insan haqları tışkilatları ilə Azərbaycan hökumıti arasında dialoq yoxdur. Bu vəziyyət nə qədər səmərəlidir. Siz bir tərəfdə, hökumət bir tərəfdə...
Açıq deyim ki, “Freedom house”un Azərbaycanda da dünyanın qalan 194 ölkəsində də vəziyyətin qiymətləndirilməsində eyni metodologiyadan istifadə edilir. Ölkələrin heç birinə fərqli yanaşma yoxdur.
Hesabatları dünya miqyaslı ekspertlər peşəkar və açıq şəkildə hazırlayırlar.
Məncə, hokumətdə bizim hesabatlara çox dar perspektivdən baxırlar.
Məsələn, əgər sən deyirsənsə ki, əvvəl iqtisadi inkişaf olsun, sonra demokratiya, onda camaatın bunu müzakirə etməsinə imkan ver. Bu, hamıya faydalı olardı. Yalnız müzakirələr əsasında cavabdeh və məsuliyyətli sistem yaratmaq olar.