On il ərzində təkcə Lənkəranda 22 nəfər AIDS xəstəsi ölüb. Ətraf rayonları da nəzərə alsaq, bu rəqəm 3-4 dəfə artar. Lənkəran Regional HIV Diaqnostikası Laboratoriyasının baş həkimi Rəmiəli İbişovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, cənub bölgəsinin 6 rayonunda 300-ə qədər HIV-daşıyıcısı aşkarlanıb. Lənkəran rayonunda xəstələrin sayı 162 nəfərə çatıb, 4 ailəvi yoluxma qeydə alınıb. Bu ailələrin birində virusa yoluxmuş 3 yaşlı körpə də var. R.İbişovun açıqlamasına görə, HIV virusuna yoluxanların 70 faizi narkomanlardır. Laboratoriyada bu günə qədər 10700 nəfərin qan analizi yoxlanılıb. Yoxlamalar göstərir ki, əhalinin sayına görə HIV-ə yoluxanlar Astara rayonunda daha çoxdur. 16 may AIDS-dən ölənlərin yad edildiyi gündür. |
Azadlıq Trend
1