«Ermənistan təcavüzkar dövlətdir və Türkiyə onunla sərhədləri Azərbaycanın işğal olunmuş əraziləri azad edildikdən sonra açacaq». Bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Polşada Qdansk Universitetinin tələbələri qarşısında çıxış edərkən deyib. O qeyd edib ki, erməni qoşunlarının Azərbaycandan çıxarılması Türkiyənin şərti deyil, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində irəli sürülən tələbdir. Ərdoğan həmçinin, bildirib ki, yoxsulluq üzündən Ermənistanın 40 mindən çox vətəndaşı qanunsuz olaraq Türkiyədə işləyir: «Biz istədiyimiz zaman onları geri göndərə bilərik, amma insani səbəblərdən bunu etmirik». / CNN-Türk / |
Azadlıq Trend
1