Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:39

«Yeni bina hələ məhkəmələrin dəyişdiyindən xəbər vermir»


Bəhruz Kərimov və Tahir Kərimli
Bəhruz Kərimov və Tahir Kərimli
«Prezidentin məhkəmələrin müstəqilliyində təminatçı kimi çıxış etməsi hakimiyyət bölgüsünü pozur…»

Bu fikri «Panorama» verilişində hüquq elmləri namizədi Bəhruz Kərimov deyib. Onun fikrincə, konstitusiyanın həmin maddəsi məhkəmələri prezidentdən asılı vəziyyətə salır.

Bəhruz Kərimov düşünür ki, Ali Məhkəmənin təmtəraqlı və texniki baxımdan müasir tələblərə cavab verən yeni binasının açılışı hələ məhkəmə-hüquq sahəsində vəziyyətin dəyişdiyindən xəbər vermir. Onun fikrincə, forma məzmuna xidmət etməlidir:

«Siz həmin binada texniki təchizat məsələlərini qaldırırsınız, bu əsas deyil. Ali Məhkəmənin binasında Heydər Əliyev Muzeyi açılıb, hakimlər kabinetlərinə həm onun, həm də indiki prezidentin şəkillərini vurub. Bu heç də məzmunun dəyişdiyinin göstəricisi deyil»…

«Vəhdət» partiyasının sədri, Ali Məhkəmənin keçmiş sədri Tahir Kərimli isə deyir ki, Ali Məhkəmənin yeni, müasir binayla təmin edilməsi bu orqanın nüfuzunun artmasına xidmət edəcək. Ancaq o da etiraf edir ki, məhkəmələrin müstəqil olması, bu sahədə korrupsiya hallarının aradan qaldırılması üçün köklü islahatlara ehtiyac yar. Tahir Kərimli vəziyyətin dəyişməsi üçün bütünlükdə 12 təklif irəli sürür:

«Birinci, təqsir məhkəmədə həll edilməlidir. İndi çox hallarda kimin günahkar olub-olmamasını sahə müvəkkilləri həll edir. İşin heç 1 faizi məhkəmələrə getmir. İkinci, ali şəxs nümunə olmalıdır. Üçüncüsü, məhkəmələrin mərkəzləşmiş müdafiə sistemi olmalıdır. Dördüncü, məhkəmələr ədliyyə sistemindən azad olmalıdır. Beşinci, prokurorların təzyiqi dayandırılmalıdır. Altıncı, konstitusiya dəyişiklikləri olmalıdır. Yeddinci, məhkəmələrin təşəbbüs göstərmək hüququ olmalıdır. Səkkizinci, onların maddi vəziyyətləri yaxşılaşdırılmalıdır. Doqquzuncu, cəzaların intervalı dəyişməlidir. İndi bu interval korrupsiyaya imkan yaradır. Onuncu, andlar məhkəməsi tətbiq edilməlidir. On birinci, ibtidai istintaq ləğv edilməlidir. Ən nəhayət isə, prezidentin yanında müvəkkil olmalıdır. O, qərarlara nəzarəti təmin etməlidir»…

Bəhruz Kərimov isə bu təkliflərin bir çoxuna müsbət yanaşsa da, onların bəzilərinin vəziyyətə təsir etməyəcəyi qənaətindədir:

«Siz andlı iclasçılardan danışırsınız. Mən seçkilərdə 20 manata rəyini dəyişən komissiya üzvlərini görmüşəm. Bu iclasçılar nəyi dəyişəcək? Məhkəmələrə müstəqillik verilməlidir. Bir də onların seçilməsində tamamilə test üsuluna keçmək lazımdır»…

Buna da bax:

XS
SM
MD
LG