Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:36

Ermənistanda mitinq keçirmək asandır?


Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxalifətin yürüşü, Yerevan, 15 may 2009
Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxalifətin yürüşü, Yerevan, 15 may 2009
Ermənistanın «İclas, mitinq, yürüş və nümayiş keçirtmək haqında» qanununa görə paytaxtda kütləvi tədbirlərin keçirilməsinə Yerevan meriyası icazə verir.
Mayın 31-də Yerevanda Ağsaqqallar Şurasına seçkilər keçiriləcək. Bununla əlaqədar seçki qabağı tədbirlərin keçirilməsi üçün meriyaya 60-dan artıq müraciət daxil olub. Müraciətlərin əksəriyyəti isə Ermənistanın keçmiş prezidenti, hazırda müxalifət lideri Levon Ter-Petrosyanın Ermənistanın Milli Konqresi partiyasındandır.

Ancaq problem başqadır. Belə ki, Yerevan meriyası müxalifətin gələn həftəyə planlaşdırılan seçkiqabağı mitinq müraciətini qəbul eləsə də, mitinqdən sonra yürüşün keçirilməsinə qadağa qoyub. Yerevan meriyasının nümayəndəsi Qaqik Baqdasaryan deyib ki, meriya ancaq o yürüşlərə icazə vermir ki, şəhərin əsas küçələrində keçirilir və tıxaca, başqalarına mane olur:

«Yürüşlər o səbəbdən qadağan olunur ki, şəhərin əsas küçələrində keçirilir və nəqliyyatın hərəkətinə mane ola və tıxaclar yarada bilər».
Lakin müxalifət hesab edir ki, yürüşləri qadağan etməklə hökumət özünüifadənin ən demokratik və təsirli üsulu ilə mübarizə aparmağa çalışır.
Ermənistanın milli konqresinin koordinatoru Levon Zurabyan başqa fikirdədir:

«Yürüşlərin böyük potensialı var və insanları toplamaq baxımından da çox səmərəlidir. Hökumət sadəcə qanunsuz olaraq bu yollarla mübarizə aparır».
Meriya artıq neçə dəfədir ki, Ermənistanın Milli Konqresinə Yerevanın Şimal prospektində mitinq keçirməyə qadağa qoyur. Əvəzində isə mitinqlər üçün «Dinamo» idman kompleksinin ərazisinin təklif edir. Levon Zurabyanın sözlərinə görə mayın 2-də seçki qabağı kompaniya başlayandan bəri onlar Şimal prospektində seçicilərlə görüş üçün meriyaya 20-yə yaxın müraciət ünvanlayıblar. Amma hərə dəfə də cavab eyni olub - icazə verilmir.
Levon Zurabyan deyir ki, bu yolla seçkilərin bərabərliyi və mitinq keçirmək azadlığı pozulur:

«Bu seçki hüququnun pozulmasıdır. Bütünün hüquq pozuntularını məhz hazırkı Yerevan meri edir. Qaqik Beqlaryan merlik postuna namizəd və Respublika partiyasının üzvüdür. O, rəqibinə, müxalifətə qarşı seçkilərdə sərfəli şərait yaratmaq üçün səlahiyyətlərindən sui-istifadə eləyir. Bu seçki hüququnun kəskin şəkildə pozulmasıdır».

Mer nümayəndəsi Qaqik Baqdasaryanın sözlərinə görə, Ermənistanın Milli Konqresinə Şimal prospektində ona görə mitinq keçirməyə icazə verilməyib ki, sakinlərdən və təşkilatlardan çoxlu şikayət və məktub gəlib.
Baqdasaryan deyir ki, nəinki Ermənistan polisi, eyni zamanda paytaxtın baş memarı da bu mitinqləri «məqsədəuyğun» hesab eləmir:

«Paytaxtın baş memarının qiymətləndirməsinə görə Şimal prospekti yeraltı hissə ilə əlaqədar təhlükəsiz deyil. Bundan başqa orada hələ də tikinti işləri davam edir və qanuna görə kütləvi tədbirlərin keçirilməsi qadağan olunur».

Bir məqamı xatırlatmaq yerinə düşər ki, Yerevanda hələ seçki qabağı kompaniyaya start verilməmişdən əvvəl polis gecələr Şimal prospektinə girişi bağlayır və hasarlayır, müxalifət fəallarına toplaşmağa icazə vermirdi. Nəticədə polislə müxalifətçilər arasında toqquşma oldu, hətta bir neçəsini bölməyə də apardılar. Polis öz hərəkətini sakinlərdən, turist və biznesmenlərdən şikayət almaqla izah etdi. Bildirdilər ki, bu ictimai yerə toplaşan müxalifət fəalları «qışqırır, mane olur, prospektdəki dükanlar isə müflis olublar». Sonuncu toqquşma isə «Qu quşu gölü» yaxınlığında oldu. Həmin vaxt fəallar ərazidən getməkdən imtina etdilər və oturaq etiraz etdiklərini bildirdilər. Polis güclə onları həmin yerdən «evakuasiya» etdi.

Ermənistanda müxalifət nümayəndələri bəzən mitinqlə bağlı məlumat yayılanda da zorakılığa məruz qalır.
Bu həftənin əvvəlində Ermənistanın Milli Konqresinin nümayəndələrinə hücum olub. Həmin şəxslər Avansk icmasının seçiciləri ilə planlaşdırılan görüş barədə vərəqələr paylayırmış. Nəticədə 3 qadın bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Müxalifət əmindir ki, sonuncu hadisədə hakim Respublika Partiyasının gənclər qanadı günahkardır. Ancaq partiya bunu inkar edir və müxalifətin hərəkətini təxribat adlandırır.
Ermənistan polisindən isə deyiblər ki, hadisəylə bağlı cinayət işi qaldırılıb, ilkin araşdırma davam edir, həbs olunan isə yoxdur.

Ermənistanın insan haqları müvəkkili Armen Arutyunyan isə baş verən hadisələrdən narahat olduğunu deyib. Müvəkkilin bəyanatında bildirilir ki, «Ermənistan Ombudsmanı mitinq barədə məlumat yayan insanlara qarşı davam edən zorakılıqdan çox narahatdır».

Bəyanatda o da deyilir ki, hücum edən şəxslərin şəkilləri və maşınlarının nömrələri təqdim edilsə də hələ də həmin adamların şəxsiyyəti müəyyən edilməyib.
XS
SM
MD
LG