Türkiyə ilə Naxçıvan sərhədində yerləşən Dilucu gömrük keçid məntəqəsində «donuz qripi» şübhəsi qorxu yaradıb.
Türk polisi Dilucu sərhəd qapısından Türkiyəyə keçən 51 yaşlı Azərbaycan vətəndaşı Fizuli Kərimovu «donuz qripi»nə yoluxduğunu ehtimal edərək saxlayıb. O dərhal İğdır Dövlət xəstəxanasına aparılıb.
Saxlanılan şəxsin qanı analiz edildikdən sonra aydın olub ki, o adi qripə yoluxub. Fizuli Kərimovun qanında H1N1 virusu aşkarlanmayıb.
Bu ilin aprelin sonlarından etibarən Naxçıvandakı Dilucu keçid məntəqəsi, eləcə də İranla sərhəddə yerləşən Culfa gömrük keçid məntəqəsi karantin rejimdədir. Həmin məntəqələrdən donuz məhsullarının daşınmasına müvəqqəti qadağa qoyulub.