İranın keçmiş prezidenti Məhəmməd Xatəminin və digər islahatçı dini liderlərin azərbaycanlılar haqqında lətifə danışıb gülməsini göstərən video may ayında onsuz da təlatümlü olan İran Azərbaycanında hissləri bir qədər də gərib.
ANIM MƏRASİMİ ETİRAZ AKSİYASINA ÇEVİRİLİB
Mayın 25-də Sulduz (Nəqədeh) şəhərində 2006-cı ilin mayında bu şəhərdə keçirilən karikaturaya etiraz mitinqləri zamanı həlak olan 4 nəfərin anma mərasimi də islahatçı liderlərin yumor hissinə etiraz nitqləri ilə başa çatıb.
Yerli qəbiristanlıqda müxtəlif şəhərlərdən gəlmiş yüzlərlə adamın toplaşdığı mərasimdə türklərin təhqir olunmasına etiraz edərkən həyatını itirənlərin xatirəsinə dualar oxunub, Azərbaycan haqqında şeirlər deyilib, nitqlər söylənib. Çıxışçılardan biri Xatəminin üzr istəyəcəyini deyib.
XATƏMİNİN VİDEOSU MƏHKƏMƏYƏ APARILACAQ
Rəşt şəhərində isə Xatəminin lətifəsi mayın 26-da keçiriləcək məhkəmədə əşyayi-dəlil qismində təqdim olunacaq. Mayın 26-da Rəşt İnqilab Məhkəməsində İranda azərbaycanlıların milli hüquqları uğrunda fəallardan biri Vədud Əsədiyə verilmiş bir illik həbs qərarından apellyasiya baxışı keçiriləcək. Milli fəalın 400 səhifəlik ittihamnaməsində onun nizam əleyhinə təbliğat apardığı deyilir.
Yalnız ana dilində təhsil kimi mədəni haqlarını tələb etdiyi üçün məhkəməyə düşdüyünü deyən Vədud Əsədi isə deyir ki, o nizamın yox, belə görünür, nizam onun və onun kimi İranda yaşayan milyonlarla türkün əleyhinədir.
Əsədi deyir ki, sabah məhkəməyə prezident Xatəminin videosunu özü ilə aparacaq. Deyir ki, onun nizam əleyhinə təbliğat kimi qələmə verilən diskriminasiya barədə şikayətlərinin sübutlarından biri də budur. Əgər apellyasiya məhkəməsini dəlil razı salmasa, Vədud Əsədi bir il həbsdə olacaq. Amma bu, onu o qədər də narahat eləmir.
V.Əsədinin sözlərinə görə, digər dini liderlərin heç bir reaksiya verməməsi, Xatəminin zarafatlarını pisləməməsi müsəlman qardaşlığı haqda danışılanların doğruluğuna şübhə oyadır.
MUSƏVİ TÜRKLƏRDƏN SƏS İSTƏYİRSƏ…
Bu gün Xatəmiyə etiraz aksiyası keçirən zənganlı tələbələrsə ümidlidirlər ki, İranın keçmiş prezidenti azərbaycanlılardan üzr istəyəcək. Zəngan Universitetinin tələbəsi Səccad Zeynali deyir ki, etiraz edən 50-100 arası tələbənin İranda prezident seçkilərinin nəticəsinə təsir etmək niyyəti yoxdur. Xatəminin videosunun və bundan doğan etirazların hazırkı prezident Əhmədinejada xal qazandıracağı, islahatçı namizəd Musəvinin şanslarını azaldacağı barədə söhbətlərə gəlincə, bu da etiraz edən tələbələrin istəyi deyil.
Vədud Əsədi isə deyir ki, İranda yaşayan türklər ənənəvi olaraq türk əsilli namizədlərə üstünlük verir ki, Musəvi də belələrindəndir. Amma fəalın sözlərinə görə, Musəvi türklərə qarşı həqarəti pisləməsə, çətin ki, azərbaycanlıların qəlbini və ağlını fəth edə bilər. Mayın 25-i axşam Musəvinin Təbrizə səfəri başlamalıdır.
Şərhinizi yazın.