Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 06:55

Ombudsman haqqında qanun dəyişdirildi


Ombudsmanın səlahiyyət müddətində dəyişikliklər edilməsi təklifini 60-dan artıq deputat irəli sürüb
Ombudsmanın səlahiyyət müddətində dəyişikliklər edilməsi təklifini 60-dan artıq deputat irəli sürüb
«Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında» Azərbaycan Respublikasının qanunu dəyişdirildi. Mayın 26-da Milli Məclisdə keçirilən səsvermədə 102 nəfər dəyişikliyin lehinə, 8 deputat əleyhinə səs verib, bitərəf qalan olmayıb.

Ombudsmanın səlahiyyət müddətində dəyişikliklər edilməsi təklifini 60-dan artıq deputat irəli sürüb.

Mayın 20-i parlamentin İnsan hüquqları ilə Hüquq siyasəti və dövlət quruculuğu komitələri qanuna dəyişiklikləri bəyənib. Söhbət artıq bir şəxsin bir dəfədən artıq ombudsman seçilmək imkanı əldə etməsindən gedir.

Mövcud konstitusiya qanununa görə isə, bir şəxs yalnız bir dəfə ombudsman seçilə bilərdi. Dəyişikliklərdə o da göstərilir ki, ombudsman səlahiyyətlərini yenisi seçilənə kimi davam etdirə bilər.

Müzakirələrdə Pənah Hüseyn bildirib ki, dəyişiklikləri təklif edən 60-dan artıq deputat nə üçün bunu istədiklərini əsaslandırmaq üçün yazılı izahat versinlər.

Fazil Mustafa deyib ki, bir ölkədəki nazirlər 10-15 il işləyir, onda ombudsmanın səlahiyyət müddəti niyə uzadılmasın.

Azərbaycanda ombudsaman aparatı Avropa Şurasının tövsiyələrin əsasında 2001-ci ildən yaradılıb. Ombudsman Elmira Süleymanovadır.
XS
SM
MD
LG