Mayın 25-də İran prezidentliyinə namizəd Mirhüseyn Musəvini Təbrizdə kimiləri gül-çiçəklə qarşılayıb, kimiləri etiraz aksiyası ilə.
Təbrizdən «Azadlıq» radiosuna göndərilən videolardan görünən odur ki, Təbriz stadionunda toplaşan bir qisim fəal namizəddən həm türk dilində mədrəsə, yəni ana dilində təhsil istəyiblər, həm də Xatəminin azərbaycanlılar barədə etdiyi zarafata görə üzr istəməsini tələb ediblər. Elə Təbriz stadionunda qaldırılan şüarlarda da türk dilinin rəsmi dil elan olunması barədə tələblər, Xatəminin əleyhinə ifadələr yer alır.
«ETTELAAT QÜVVƏLƏRİNİN VASİTƏSİLƏ BİZİM UŞAQLAR DÖYÜLDÜLƏR»
Təbriz stadionundakı aksiyanın iştirakçısı Ramin Xacəi:
«Təbriz azərbaycanlıları Musəvinin qarşısında şüarlar səsləndirdilər və Xatəmi azərbaycanlıları təhqir etdiyi üçün bir qisim sözlər eşitdi Musəvi. Axırda da ETTELAAT qüvvələrinin vasitəsilə bizim uşaqlar orda döyüldülər. Bilmirik neçə nəfər itkin düşüb, xəsarət alıb. Sayını itirmişik».
Xacəi deyir ki, Musəvini Təbrizdə gül-çiçəklə qarşılayan da olub. Amma bu, onun sözlərinə görə, yaxın-uzaq şəhərlərdən gələn islahatçı tələbələrdir. R.Xacəinin sözlərinə görə, əgər islahatçı namizəd Mirhüseyn Musəvi Xatəminin zarafatını pisləməsə, fəallar bütün azərbaycanlıları 12 iyun seçkisini boykot eləməyə çağıracaqlar.
Təbriz stadionundakı aksiyada həbs olunanların sayını dəqiqləşdirmək üçün Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası da iş aparır. Təşkilatın sözçüsü Yaşar Həkkakpurun sözlərinə görə, mayın 20-dən İranın müxtəlif şəhərlərində keçirilən aksiyalarda həbs olunanların kimliyini müəyyənləşdirmək çətindir. Hələ ki, 15 nəfərin adları dəqiqləşdirilib. Amma onların sayı daha artıqdır. Bundan əlavə, aksiyalarda hazırlıqda şübhəli bilinən fəallar da həbs olunur. Həkkakpurun sözlərinə görə, Təbrizdəki son aksiyadan əvvəl 5 qardaş - Əli, İrəc, Rəsul, Qulam və Nasir Bədəlilər öz evlərindəcə həbs olunublar.
Stadiondakı aksiya zamanı həbs olunanlara isə zor tətbiq olunub. Bunu Təbrizin məşhur fəallarından biri Çengiz Bəxtavər «Azadlıq» radiosuna deyib. Onun qardaşı Cahanbəxş Bəxtavər və qardaşı oğlu Nadir Bəxtavər də həbs olunanların arasındadır.
«FƏALLARI ZORLA, QƏDDARLIQLA VURA-VURA APARDILAR»
Çengiz Bəxtavər: «Fəallar mədəni şəkildə öz konstitusion hüquqlarını tələb edirdilər. Onları zorla, qəddarlıqla vura-vura apardılar».
Bəxtavərin sözlərinə görə, azərbaycanlılar milli-mədəni haqları uğrunda sivil mübarizə aparırlar və bu haqları İranın həm islahatçı, həm də mühafizəkar hökumətləri tərəfindən tapdanıb:
«30 ildir ki, İranda insan haqları, insanların milli-mədəni hüquqları pozulur. Bu hüquqlara boykot qoyulub. Hakimiyyətə gələn hər yeni qüvvə də bu boykotu davam etdirir. Bizim bir sıra tələblərimiz var ki, onları toplaşaraq elan etmişik. Türk dilinin rəsmi dil olmasını, ana dilində təhsil haqqının təmin olunmasını, yerli idarəetməyə mərkəzdən təyinatlara son qoyulmasını tələb edirik. Çünki mərkəzi hökumətin təyin etdiyi adamlar millətin yox, mərkəzi hökumətin xeyrinə işləyir».
Yaşar Həkkakpur mayın 26-da İranın paytaxtındakı Əmir Kəbir Universitetində də aksiya keçirildiyini deyir. Mayın 27-də isə Urmiyənin Səma, Tehranın Elm Sənət universitetlərində aksiyalar planlaşdırılıb. İranda polis universitet ərazisinə girmədiyi üçün buradakı etiraz aksiyalarının iştirakçılarını həbs etmirlər. Amma bəzi fəallar universitetlərin rəhbərliyi tərəfindən hədələndiyini deyir.
Şərhinizi yazın.

Mirhüseyn Musəvi Tabrizdə