Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 18:36

228 sərnişini olan təyyarə Atlantik okeanı üzərində itib (yenilənib)


Airbus 330
Airbus 330

Rio de Janeyrodan Parisə uçan Airbus A 330 təyyarəsi bu gün səhər Atlantik Okenı üzərində radarlardan itib. Air France şirkətinə məxsus olan olan təyyarədə azı 228 nəfər olub.

Parisdə keçirilən mətbuat konfransında Air France-KLM şirkətinin nümayəndəsi elan etdi ki, uçuş sayı AF 447 olan Airbus 330 təyyarəsi bazar ertəsi, iyunun 1-də saat 03.00-da (hadisələrin gedişi burada və sonra Bakı vaxtılə verilir) Rio de Janeyronun Galeao aeroportundan havaya qalxıb.

- Onu deyə bilərik ki, təyyarə artıq havada deyil. – deyə mətbuat konfransında çıxış edən Air France nümayəndəsi bildirdi.

Saat 06.30-dək təyyarə ilə normal əlaqə olub.

Saat 06.33-də Braziliyada yerləşən naviqasiya xidməti ilə AF 447 arasında sonuncu radio əlaqəsi olub.

Bundan təqribən 30 dəqiqə sonra təyyarə güclü siklon zonasna daxil olub.

Saat 07.15-də təyyarənin avtomatik xəbərdarlıq sistemi elektronika şəbəkəsindəki nasazlıq haqqında siqnallar göndərib. Air France nümayəndəsinin sözlərinə görə bundan sonra AF 447-in qeyri-normal situasiya ilə üzləşdiyi bir fakt idi. Lakin məhz nəyin baş verdiyi bəlli deyildi.

Saat 12.15-də Air France fövqəladə qərargah yaradır. Qrafiklə təyyarənin Parisə çatmasına 2 saatdan da az vaxt qalırdı.

Saat 14.35-də AF 447-nin Atlantik okeanı üzərində yoxa çıxması haqda ictimaiyyətə rəsmi məlumat verilir.

Saat 15.00-da Brazilyanın hərbi təyyarələri AF 447-nin yoxa çıxdığı, Fernando de Noronha adaları yaxınlığında axtarışlara başlayır. Hesablamalara görə saat 16.16-da AF 447 havada olsaydı belə onun bütün yanacaq ehtiyatı bitməli idi.

Air France həmçinin təyyarənin sərnişinlərinin hansı ölkə vətəndaşları olması haqda məlumat açıqlayıb. Siyahıda əsasən Fransa və Braziliya vətəndaşlarıdır. Sərnişinlər arasına bir Türkiyə və bir Rusiya vətəndaşının olduğu da bildirilir.

XS
SM
MD
LG