«Burayla İranın fərqi çoxdur. Burda 50 min dollarla mağaza açmışıq. İranda isə bu cür mağazanı açmaq üçün 500 min dollar lazımdır. Orda ticarət çox güclüdür».
İran vətəndaşı Lütvəli Nəzərzadə beş ildir Bakıda ticarətlə məşğul olur. Ayda bir dəfə İrana gedib-gəlir. İrandakı prezident seçkilərini həvəslə izləyir. Deyir ki, Bakıda İran konsulluğuyla maraqlanıb, səsvermədə iştirak edəcək. Prezidentliyə namizədlər haqqında danışanda isə, gələcək prezidentin dini və iqtisadiyyatı yaxşı bilməsini vacib sayır:
«ƏSAS ODUR Kİ, ALLAH HÖKMLƏRİNDƏN KƏNARA ÇIXMASINLAR»
«İranda hamı azad təbliğatını aparır. Millət də təhlil eləyir, kim dini, iqtisadiyyatı, siyasəti yaxşı bacarırsa, ona səs verəcək. Namizədlərin içərisində ən güclüləri dörd nəfərdir. İndiki prezident Əhmədinejad, Musəvi, Karrubi və Rzai. 30 illik zəhmətləri var. Daha güclüsü isə indiki prezidentlə Musəvidir. İranda hamı onları tanıyır, radio-televiziya hər şeyi deyir. Əsas odur ki, Allah hökmlərindən kənara çıxmasınlar, dindən sonra isə iqtisadiyyatı bilmələri əsasdır. İndiki prezident iqtisadiyyatı yaxşı bilir, bu dörd ildə kasıb təbəqə üçün yaxşı hərəkət elədi. Ancaq Musəvi də güclü adamdır, Xatəminin dövründə iki dəfə baş nazir olub, çox gözəl işləyib, indi də yaxşıdır».
Bakıda yaşayan gənc iranlılar isə tacir Lütvəli Nəzərzadədən fərqli düşünürlər. Özünü təqdim etmək istəməyən iranlı tələbə deyir ki, əslində, dəyişən heç nə olmayacaq:
«O namizədlər ki, var, onlar hamısı bir ideologiyaya xidmət eləmir. Dəyişən nə olacaq ki?..Bu gəlib bir az sərtdir, o birisi bir az yumşaq olacaq, əslindəsə heç nə dəyişməyəcək».
«CAMAAT DAHA ÇOX TƏBLİĞATI İZLƏYİR»
16 ildir Bakıda yaşayan Cavidan Elbassa deyir ki, camaat daha çox təbliğatı izləyir:
«Namizədlərdən Rzai, Əhmədinejad çox radikaldırlar, Qərbə, Amerikaya qarşı kəskindirlər. Bu da İranın geriləməsinə gətirib çıxarır. Kərrubi və Musəvi isə daha yumşaq mövqedən çıxış edirlər, hətta seçkiqabağı çıxışlarında Amerikayla, İsraillə birbaşa iqtisadi, hətta siyasi əlaqələrin yaradılmasından danışırlar».
Bakıda «Kimlik» dərgisini çıxaran Sirus Azadi 18 ildir qaçqın statusuyla yaşayır. Deyir ki, Musəvi İrandakı azərbaycanlılara vəd versə də, əslində, bunlar ancaq vəd olaraq qalacaq:
«İranda insan haqları pozulur. İnsan hüquqları pozulan yerdə isə seçki hüququndan danışmaq olmaz. Əslində, prezidentlik İranda üçüncü dərəcəli kürsüdür. Daha üst qurumlarda dəyişiklik aparmaq lazımdır. Hər şey görüntü üçündür, sistem, rejimsə əvvəlkidir. Musəvi 30 il çalışıb, heç bir əməli addım atmayıb, onun vədlərini şou kampaniyası kimi görürük».
İyunun 12-də İranın Bakıdakı konsulluğunda səsvermə keçiriləcək. İran
səfirliyindən verilən məlumata görə, Bakıda təxminən 1000 nəfər İran vətəndaşı səsvermədə iştirak edəcək.