Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 14:45

«Toqquşma gedir. Əhmədinejad isə yeni başlanğıc vəd edir»


Musəvi tərəfdarlarının etiraz aksiyası
Musəvi tərəfdarlarının etiraz aksiyası
İranın yeni prezidenti Mahmud Əhmədinejad ölkə üçün yeni başlanğıc söz verir. Onun milli televiziyada bu cür çıxış etdiyi bir zamanda Tehranın bir sıra yerlərində də zorakı nümayişlər keçirilirdi. Seçkidə qalib gəlməyən namizəd Mirhüseyn Musəvinin tərəfdarları zibil qutularını yandırır, polisi daşqalaq edir və toqquşmalar olurdu.

«Vaşinqton post»da dərc olunmuş Tomas Erdbrinkin «Toqquşma gedir. Əhmədinejad isə yeni başlanğıc vəd edir» adlı yazısında belə deyilir.
Əhmədinejadın nəzarət etdiyi Daxili İşlər Nazirliyi onun elə birinci mərhələdə 62 faiz səslə qalib gəldiyini elan etdi. Musəvinin isə 34 faiz səsə sahib olduğu bildirildi. 46 milyon seçicinin seçkidə iştirakı isə 86 faiz idi.

NƏTİCƏLƏRİN ELANI GÜN BOYU ETİRAZLARA SƏBƏB OLDU

Əsasən orta təbəqənin yaşadığı Saadat Abadda ailələr küçədəki nümayişçilərə dəstək olur «diktatora ölüm» deyə qışqırırdılar.
Musəvi tərəfdarlarının etiraz aksiyası

Əhmədinejadın yenidən seçilməsi ABŞ üçün də asan olmayacaq. ABŞ İrana nüvə proqramını dayandırması üçün təzyiq edirdi, çünki bunun silah kimi istifadə edilməsindən narahat idi. Lakin İran bunun dinc məqsədlə olduğunu deyirdi. Əhmədinejad həmçinin xarici siyasətdə kəskin mövqe nümayiş etdirən biridir.

ABŞ və İran arasında danışıqlar hələ də mümkündür. Bəzi hallarda o bu danışıqlarla bağlı niyyətini söyləmişdi. Lakin onun İsrailə söz hücumunun dəyişəcəyi gözlənilmir.

Nəticələr elan olunduqdan sonra Obama administrasiyası dedi ki, seçkidə qanunsuzluğun olması barədə məlumatları var. ABŞ dövlət katibi Hillari Klinton: «Bütün dünya kimi biz də İran xalqının nə qərara verəcəyini gözləyirik».

Ağ Ev iki cümləlik bəyanatında seçkidən yaranan möhtəşəm ruh yüksəkliyini tərifləyirdi. Xüsusilə də gənclər arasında. Lakin bununla belə bəzi qanunsuz hallardan narahat olduğunu da bildirmişdi.

Musəvinin tərəfdarları zibil qutularını yandırır, polisi daşqalaq edir
TEHRANDA MUSƏVİNİN HARADA OLDUĞU BƏLLİ DEYİLDİ

Onun mətbuat konfransına gedən müxbirlər təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldı və onlara bildirildi ki, görüş təxirə salınıb. Bir neçə jurnalist isə döyüldü.
Prezident sarayının bağında çıxış edən, fəhlə sinfinin çempionu kimi seçki kompaniyası aparmış Əhmədinejad seçkidə iştirakın yüksək olduğunu dedi və seçkini azad və ədalətli adlandırdı:

«Burada iki seçim vardı. Ya keçmiş günlərə dönmə ya da irəli yüksək zirvələrə qalxma və tərəqqi etmə. Şükürlər olsun ki, insanlar ikinci yolu seçdilər. Mən öz siyasətimi daha böyük enerji ilə davam etdirəcəyəm».
Əhmədinejad həmçinin xarici medianın seçki kampaniyasını işıqlandırmasını tənqid etdi və deyib ki, bu media orqanları İran xalqına qarşı ən ağır təbliğat və psixoloji müharibə aparıblar.

«MƏN BU MANİPULYASİYAYA BAŞ ƏYMƏYƏCƏYƏM»

Polislə toqquşmalarda xəsarət alanlar var
İyunun 12-i qalib gəldiyini elan edən Musəvi öz internet səhifəsində yazıb ki, seçki saxtalaşdırılıb:
«Mən xəbərdarlıq edirəm ki, bu manipulyasiyaya təslim olmayacağam. Rəsmilərin tamaşasından gördüklərimiz İran İslam Respublikasının qorxulu sistem və yalanlar, həmçinin diktatura üzrəində qurulmuş dövlətçilik sütununun laxlamasından başqa bir şey deyil».

O yazıb ki, insanlar hakimiyyəti yalanla almışlara heç zaman hörmət etməyəcək. Musəvinin internet səhifəsindəki başlıq «mən bu manipulyasiyaya baş əyməyəcəyəm» adlanırdı. O, İranın ali dini lideri Ayatolla Əli Xameneyini müdaxilə etməyə çağırırdı. Lakin televiziya çıxışımda Xamaeneyi artıq Əhmədinejadı qalib elan etmişdi. O, İran xalqına və namizədlərə prezident Əhmədinejadı müdafiə etmək üçün müraciət etdi. Xamaneyinin bu cür bəyanatı seçki nəticələrinin dəyişə bilmə ehtimalını daha da azaltdı.

Əhmədinejad isə öz növbəsində öz rəqiblərini tənqid etdi, əsasən də nüfuzlu din xadimlərini və Mussəvini dəstəkləyən, 1979-cu il İslam inqilabı ilə əlaqələri olan keçmiş rəsmiləri tənqid etdi. O deyib ki, inqilab zamanı onların nə etdiyi hazırda əhəmiyyətli deyil. «Onların indi nə etdiyi əhəmiyyətlidir». Əhmədinejadın sözlərinə görə, onun rəqibləri heç də xalq üçün nə isə etməyə çalışmayıblar.


«BİZ MUSƏVİNİ İSTƏYİRİK»

Əhmədinejad iyunun 13-ü öz qələbəsini elan etdikdən sonra ölkədə gərginlik artdı. Gənclər, ailələr və ənənəvi çadralarda gənc xanımlar möhkəm qorunan və səslərin sayıldığı Daxili İşlər Nazirliyinin toplaşdılar. Xameneyinin televiziyadakı bəyanatından sonra Tehran ətrafında bir neçə yerdə qarşıdurma yarandı. Mottahari küçəsində bir neçə yerdə avtobusları yandırdılar. Xüsusi polis alayı öz işinə başladı. Yüzlərlə nümayişçi polisi daşqalağa tutdu. Havanı tamam qara tüstü bürüdü. Nümayişçilər «Biz azadlıq istəyirik» deyə qışqırırdılar. Bir çoxları üzlərini Musəvinin simvolik rəngi olan yaşıl parça ilə bağlamışdılar. Çadralı iki gənc qız polisə «Sizin şərəfiniz yoxdur» deyə qışqırırdı.

Başqa bir yerdə keçirilən nümayişdə isə nümayişçilər polisi yerə yıxaraq döyürdülər. Soyadını demək istəməyən tələbə, Mehrdad deyir ki, «onlar öz nəticələri ilə bizi təhqir etdilər». Onun yanındakı başqa biri isə «Biz Musəvini istəyirik» dedi.

İranda nümayişlər iyunun 13-ü gecəyədək davam etdi. Nümayişi yatıranlar isə yalnızca polis yox, həm də könüllü yarı hərbi qüvvələr idi. Həmin gecə siyasi dissident Mandieh Məhəmməd həbs olundu. Verilən məlumata görə, daha 11 siyasi rəqib həbs olunub. Mobil telefon xidməti kəsilmişdi və sosial şəbəkə olan «Facebook» və «Twitter»ə isə filter qoyuldu. İran mediası nümayişlər barədə heç nə yazmadı.


Bu hadisələr baş verən gün Musəvi gözə dəymirdi. Onun seçki kampaniyası ilə məşğul olan Əli Rza Adeli onun ev dustağı olması xəbərini inkar edib. Musəvinin həyat yoldaşı Zəhra Rahnavard isə BBC-ə bildirib ki, Musəvi İran seçicilərinin haqları uğrunda vuruşmağa davam edəcək.
İyunun 14-ü Musəvi mərkəzi meydanda qələbə bayramı təşkil etdi. Bu meydanda son həftələr Musəvinin tərəfdarları nümayiş keçirirdilər.
Əhmədinejta öz çıxışı zamanı dedi ki, «artıq böyük İran qurma vaxtı gəlib çatıb».

«Vaşinqton post»da dərc olunmuş Tomas Erdbrinkin «Toqquşma gedir. Əhmədinejad isə yeni başlanğıc vəd edir» adlı yazısında belə deyilir.
XS
SM
MD
LG