«Balakən rayonunu ağ günə çıxaran demək olar ki, fındıqdır...»-, balakənli Ramazan Məlikov deyir ki, o az qala hər gün fındıq kollarına sığal çəkir. Məhsulu avqust-sentyabrdan yığmağa başlayacaqlar, ancaq qulluğunu ilboyu eləyir.
FINDIQLI, TÜTÜNLÜ, KƏNDLƏRİNİN QAPILARI BAĞLI RAYON
Ramazan kişi deyir bütün ailə bu fındıq kollarına baxır. Asan deyil, fındığı satıb böyük oğluna toy edəcək, kiçik oğlusa bu gün-sabah əsgərlikdən gələcək, ona nişan aparacaq, nəvəsi dünyaya gələcək...
«Fındığı bizdə yaxşı alırlar, pis deyil. Əsas Zaqataladakı zavod alır. Kim olur-olsun, Zaqatala, Bakı, malımızı alsınlar. Çünki bizim dolanışığımız ancaq fındıqdan çıxır. Fındığı satıb ev də tikirik, ərzaq da alırıq, dolanırıq».
Balakənlilərin başqa bir dolanışıq yeri isə bütün rayonlarda olduğu kimi bazardır. Bazar elə də böyük deyil. Ancaq alış-verişin qızğın vaxtıdır:
«Mən Poçtbinə kəndindən gəlmişəm. Şükür Allaha, alış-veriş pis deyil. Yazıq camaat birtəhər dolanır» deyən Səyyarə Əliyeva satacağı göy-göyərtinin üstünə su çiləyir.
Onun yanında çörək satan Gülarə isə danışır ki, əvvəllər rayondakı konserv zavodunda işləyib:
«İndi yaşlaşmışam, 10 ildir çörək bişirməklə məşğulam, çörəyimi çörək bişirib satmaqdan çıxardıram».
TURİSTLƏR GƏLİR, YERLİ SAKİNLƏR GEDİR…
Balakən bazarından baxanda da yaşıl dağları görmək olur. Bu rayonun təbiəti çox zəngindir.
Rayonda yolboyu təbii bulaqlar var. Katex şəlaləsi buradadır. Balakənlilər rayonun gözəlliyi, təbiəti ilə öyünməyi sevirlər, deyirlər ki, burda turizm inkişaf etsə, turist əlindən tərpənmək olmaz. Ancaq rayona gələnlər bir tərəfə qalsın, Balakənin öz camaatı hələ ki, buranı tərk eləyir. Xüsusilə gənclər. Fərrux da onlardan biridir, deyir yaşamaq imkanı olsaydı, elə burada qalardı:
«Nə edim, ailəni dolandırmaq lazımdır. Tək mən deyiləm, qohum-əqrəbada nə qədər cavan var, hamısı Dağıstandadır».
Balakənin təbiəti kimi əhalisinin milli tərkibi də zəngindir. Burda azərbaycanlılar, avarlar, saxurlar, ingiloylar yaşayır.
SUSUZ KƏND, TÜTÜN QOXUSU, AVAR RƏQSİ
Buçeraq kəndi avarların sıx yaşadığı kəndlərindəndir. Balakənin bir çox kəndləri kimi burda da qapıların çoxu bağlıdır:
«Yolları Rusiyada işləyənlər düzəltdiriblər, suyumuz yoxdur, qadınlar səhəng götürüb su üçün bir kilometr yol gedirlər, atla-arabayla, çox əziyyət çəkirik». Kənd sakini Feyzulla deyir ki, su problemi kəndin ən böyük problemlərindəndir.
Əlində su dolu vedrələr tutmuş bu qadın da susuzluqdan əziyyət çəkdiklərini deyir:
«1965-ci ildə artezian quyu qalmışdı, sonradan qurudu».
Kənd camaatı danışır ki, maldarlıqla, fındıqçılıqla güzəranlarını qururlar. Bu kəndin camaatı avarlardır. Deyirlər ki, dilimizi qoruyuruq, ancaq avar dilində məktəb olsaydı, lap yaxşı olardı:
«Bizim avar dilində məktəbimiz yoxdur, qonşu Zaqatalanın kəndlərində isə var. Bəlkə onlarda ziyalılar çoxdur, ona görə...»
Məhəmməd kişi deyir ki, o nəvələrinə avar dilində öyrədir: «Uşaqlar hamısı Azərbaycan dilini də bilir, avar dilini də».
Nazim isə avar musiqilərini toplayıb disk şəklinə salır: «Avar musiqisini toylardan, şənliklərdən toplayıram. Bizim rəqslər çox məşhurdur, avarlar rəqs elədisə meydan dağılır».
PLUTARX BALAKƏNLİLƏRİ BU GÜN NECƏ TƏSVİR EDƏRDİ?
Balakəndə Tarix Muzeyi də var. Burda göstərilir ki, bizim eradan əvvəl 65-ci il Roma və alban qoşunları arasında Qanıx çayı sahilində döyüş baş verəndə yunan tarixçisi Plutarx da burada olub. Yazıb ki, bu yerlərin əhalisi sakit təbiətli, məğrur, cəsurdurlar. Balakən camaatı yarızarafat deyir ki, Plutarxın haqqımızda yazdıqları doğrudur, ancaq indiki balakənlilər haqqında yazsaydı, yəqin ki, əvvəl yazdıqlarına kasıb, işsiz, işıqsız-qazsız sözlərini də əlavə eləyirdi.