Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:56

«Məcbur elədilər ki, bəyənməlisən, mən də bəyəndim...»


Bakı metrosunun «İçərişəhər» stansiyası
Bakı metrosunun «İçərişəhər» stansiyası
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov «Azadlıq» radiosunun suallarını cavablandırır :

- Son vaxtlar metronun bir neçə stansiyasına partlayıcı yerləşdirilməsi barədə məlumat yayılıb, hərçənd təsdiqlənməyib. Zənglərin artmasının səbəbi nədir və Neft Akademiyasına hücumdan sonra metroda hansı əlavə təhlükəsizlik tədbirləri görülür?

-Metroda təhlükəsizlik tədbirləri daim görülüb. İyulun 1-dən əlavə 16 nəfər sutka ərzində metropolitendə nəzarət sistemi yaradıb. Metroda monitor sistemi var, təklif var ki, vaqonlarda da monitor quraşdırılsın. Hələ ki bununla bağlı danışıqlar gedir.

- Tağı müəllim, əgər metro girişindəki polislər sərnişinlərin çantalarını bəzən yoxlamırsa, onda sərnişin metroda özünü necə təhlükəsiz hiss edə bilər?

-Bu sistem başqadır, bunun mənə aidiyyatı yoxdur. Əvvəl heç olmasa onlara əmək haqqını mən verirdim. İndi nə maaşlarını verirəm, nə bir şey. Onlar sərbəst strukturdur. Metrodan 750 min sərnişin istifadə edir, növbədə olan polislərin sayı isə təxminən 60-65 nəfərdir. Bunlar nə edə bilər? Bir-birimizə nəzarətçi olmalıyıq, eyni zamanda biz yeni sistem də təklif etmişik, görək nə alınır. Bu planı ətraflı açıqlamaq istəməzdim.

- Bir müddətdir İçərişəhərə avtobus işləmir, indi də üstəlik metronun İçərişəhər stansiyasının iyul ayında müvəqqəti olaraq bağlanması barədə məlumatlar var. Necə bilirsiniz bu əhalidə haqlı olaraq narahatçılıq yaratmayacaq ki?

-Metronun İçərişəhər stansiyasının bağlanması danışıqlardan asılıdır. Əgər sentyabr ayına qədər ekskalatorların dəyişdirilməsini başa çatdırsalar, bağlanmayacaq. Yox, əgər gördük ki, sentyabra qədər mümkün deyil, ola bilsin 1-2 aylıq bağlandı. Hələlik bağlanmaq haqda söz-söhbət yoxdur.

- «İçərişəhər» stansiyasının yeni xarici görkəmi ilə bağlı müxtəlif fikirlər var, siz necə bu quruluşu bəyənirsinizmi?

-Bəyənməsəydim, onu eləyəndə deyərdim bəyənmirəm. Deməli məcbur elədilər ki, bəyənməlisən, mən də bəyəndim. Artıq tikilib, heç bir müzakirəyə ehtiyac yoxdur. Yaraşıqlı bir şeydir, demək olmaz ki çox pisdir. Yüz söz deyə bilərik, onsuz da aydın məsələdir, kimsə nə isə deməlidir.

- Metropolitenin yeni stansiyalarının açılışını nə zaman gözləmək olar?

-«Azadlıq» stansiyası dekabr ayında açılacaq.

- Yeri gəlmişkən «Azadlıq» stansiyasının ərazisində bir qrup qaçqın məskunlaşmışdı və köçmək istəmirdi. Onların məsələsi necə həll olundu.

-Evtikmə kombinatı tərəfdə onlara yer verilib, tikilənə qədər də aylıq kirayə haqqı verəcəklər həll olunacaq. Nə qədər pul verilir, onu bilmirəm vəsaiti Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi verir.
XS
SM
MD
LG