«Azadlıq»: «Qazın iki dəfə bahalaşdırılmasının tüstüsü payızda çıxacaq. Hələ əhalinin qazdan ötəri istifadə etdiyi vaxtlardır. Havalar soyuyacaq, yağlı ödəmə vaxtı da onda gələcək» - Şahvələd Çobanoğlu «Şahın dənizindəki «Şahdəniz» sərlövhəli köşə məqaləsində belə yazır.
«Rusiyanın vasitəçiliyi ilə fəallaşan Qarabağ danışıqları qaz söhbətləri ilə bir yerdə ortaya çıxıb. Gümanlara görə Rusiya Qarabağ ətrafındakı rayonların bir qisminin qayıtması ilə Azərbaycanı mükafatlandırmaq istəyir. İlkin mərhələdə. Lakin qorxulu güman odur ki, ruslar sonrakı mərhələləri əsas gətirib öz qoşunlarını sülhməramlı statusunda Qarabağa yerləşdirə bilər. Bu, fəlakət olardı. Bundan sonra Qarabağ daha böyük təhlükə altına düşərdi.
Qaz sazişindən rus əsgərinin çəkmələrinin iyi gəlir. Bu çəkmələrin Azərbaycana daxil olmasını rəsmiləşdirilməsinə heç cür yol vermək olmaz. Rus qoşunu qeyri-formal şəkildə işğal edilmiş torpaqlarımızda indi də var. Oradakı erməni silahlılarının əlindəki tətiklər də ruslara bağlıdır. Silahlar da ruslarındır. Amma rusların hansısa statusla qayıtması və bu statusun çoxtərəfli müqaviləyə bağlanması Azərbaycanı tarixi bir cəncələ soxardı. Dövlətçiliyimiz, müstəqilliyimiz bundan sonra təhlükədə olacaq. Demokratiya arzu kimi də qalacaq. Moskvapərəst, əslində, Kremlin vassalı olan avtoritar hakimiyyətlərin dövrü başlayacaq. Biz də Ermənistan kimi Rusiyanın oyuncağına çevriləcəyik. Əks halda, Rusiyanın basqısı və təzyiqi ilə üzləşəcəyik. Qarabağ isə rəsmən mühasirədə olacaq».
«Bizim Yol»: «İranda sakitlik yarandımı»- bu sual bir sıra politoloqlara ünvanlanıb.
Politoloq Zəfər Quliyev hesab edir ki, İranda sakitliyin yarandığını birmənalı şəkildə düşünmək olmaz: «Mübarizə hələ bitməyib. Güman ki, mübarizə başqa müstəviyə keçib və İranın hakimiyyət strukturlarında qarşıdurma güclənib. Beləliklə, hər iki tərəf son sözü demədiyindən, cəmiyyət gərginlikdədir».
«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu güman etmir ki, Tehran hakimiyyətinin repressiyaları sakitlik yaradıb: «Baş verənlər birinci mərhələydi. Ən azı müxalifət qeyri-legitim hakimiyyətin yaranmasını təmin etdi və artıq mövcud iqtidarın xalqın adından danışması istisna olunur. Belə olduqda, İranda situasiyanın sabitləşəcəyi inandırıcı görünmür. Nəzərə alanda ki, Əhmədinejatın siyasi kursunun dəyişəcəyi ehtimal olunmur, onda xarici təzyiqlər də güclənəcək. Deməli, qarşıdakı parlament seçkilərində İran növbəti problemlə üzləşəcək».
«Yeni Azərbaycan»: Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi «Yay məktəbləri» layihəsinə start verir. Dünən partiyanın qərargahında layihədə iştirak edəcək gənclərlə görüş keçirilib. YAP Gənclər Birliyinin sədri Ramil Həsənov bildirib ki, bu il yay məktəbləri layihəsi 3 mərhələdə keçiriləcək: «Birinci tədbir 4-5 iyul tarixlərində 60 gəncin iştirakı ilə Oğuz rayonunda olacaq. Burada gənclərin Milli Məclisin deputatları və dövlət məmurları ilə qeyri-rəsmi dialoq xarakterli görüşləri olacaq. Ümumiyyətlə, bu il layihədə 300 gəncin iştirak etməsi nəzərdə tutulur».
R.Həsənovun sözlərinə görə, 2007-ci ildən həyata keçirilən bu layihədə 400 nəfərə yaxın gənc iştirak edib. O, Azərbaycanda ilk dəfə belə layihənin YAP Gənclər Birliyi tərəfindən həyata keçirildiyini xatırladaraq deyib ki, məqsəd gənclərin müxtəlif orqanların nümayəndələri, millət vəkilləri və s. nüfuzlu şəxslərlə qeyri-rəsmi görüşlərini təşkil etməkdir.
«Üç nöqtə»: İqtisadçı ekspert Əli Əlirzayev deyir ki, Azərbaycanın dəmiryolları yenidən qurulmalıdır: «Hesab edirəm ki, dəmiryolları ölkə üçün strateji əhəmiyyət daşıyır və onlar müasir standartlara uyğun yenidən qurulsa, ölkənin iqtisadi maraqlarına yalnız müsbət təsir göstərəcək». Ə.Əlirzayev qeyd edir ki, dəmiryolu bütün dünyada Ən rentabelli sahələrdən sayılır: «Sərnişin və yük daşınmaları böyük gəlir gətirir. Üstəlik tranzit ölkələrin də dəmiryolu qazancına görə nəqliyyatın başqa seqmentlərini kölgədə qoyur».