Azərbaycanda qazın qiyməti qalxandan sonra belə bir sual yarandı ki, bəs qonşu ölkələrin sakinləri yanar qaz işlətmək üçün nə qədər pul ödəyirlər. Məlum oldu ki, özü qaz istehsal edən ölkələrdə bu qiymət qazı başqa yerdən alan ölkələrlə müqayisədə az qala 2 dəfə ucuzdur. «Azərbaycan bölgədə qaz ixrac edən dövlətlər arasında qazı öz əhalisinə ən baha qiymətə satan ölkədir». Bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir. Bəzi ölkələr əhaliyə qaz satışında pulsuz limit tətbiq edir, bir sıra idxalçı ölkələr isə qaz qiymətlərində minimum əməkhaqqını nəzərə alır. Sizə müqayisə aparmaq imkanı yaratmaq üçün bir sıra ölkələrdə qazın qiymətlərini təqdim edirik.
|
Azadlıq Trend
1