«MƏN BÜTÜN BUNLARI İNQİLAB VƏ İSLAMA QURBAN VERƏCƏM»
«Mən kasıb adamam, bədənim şikəstdir və sizin mənə bəxş etdiyiniz kiçik şərəfim var. Mən bütün bunları inqilab və islama qurban verəcəm».
İranın ali dini lideri Əli Xameneyi bir neçə gün əvvəl Tehran Universiteti məscidində cümə ibadəti zamanı etdiyi moizədə belə deyib. O, böhran və xüsusi günlər qeyd olunanda moizə edir. Bu dəfə isə fürsətdən müxalifət liderlərinə xəbərdarlıq etmək üçün yararlanıb. Dini lider bildirib ki, nümayişlər zamanı tökülən qana görə o, məsuliyyət daşıyacaq. Xameneyinin xərçəng xəstəliyindən əzab çəkdiyi deyilir və onun bunu tirajlaması nümayişçilərin etirazdan əl çəkmələrinə təsir kimi yozulur. Mühafizəkarlar onun islahatçılara qarşı bu cür çağırışını alqışlayırlar.
İslahatçılarla mühafizəkarların fərqi indi İranda o qədər dərinləşib ki, Xameneyini kimin əvəz edəcəyi mübahisəli mövzuya çevrilib. Alı dini lider Ekspertlər Assambleyasının 86 üzvü tərəfindən seçilir. Bu quruma həm mühafizəkar, həm də islahatçı ruhanilər daxildir. Xalq tərəfindən seçilən qurumun lideri öz vəzifəsinin öhdəsindən gəlmədiyi təqdirdə kənarlaşdırmaq hüququ da var.
MOJTABA ALİ DİNİ LİDER KİMİ ATASININ YERİNƏ HAZIRLANIR
Hazırda bu Assambleyaya mühafizəkar ruhani şəxs Əli Əkbər Haşemi Rəfsancani rəhbərlik edir. O, ölkənin keçmiş prezidentidir. Onun prezidentliyə namizəd olan Mir Hüseyn Musəviyə maliyyə dəstəyi göstərdiyi bildirilir.
Mühafizəkarlar prosesi ələ ala biləcəklərinə əmin deyillər. Lakin onların son 4 ildə hakimiyyəti idarə zamanı qazancları çox olub və elə bu yaxınlarda ikinci müddət üçün seçkidə qalib gəliblər. Bu, həm də ikinci cəbhə üçün imkan yarada bilər.
Mühafizəkarların qazandıqları uğurlardan biri də ali dini liderin oğlu Mojtaba Xameneyi və Əhmədinejaddır. Mojtaba Xameneyinin atası ilə vasitə yaratmaqda qeyri-rəsmi də olsa güclü nüfuzu var.
İranda həmişə belə bir fikir dolaşıb ki, Mojtaba ali dini lider kimi atasının yerinə hazırlanır. Amerika Təşəbbüs İnstitutunun iranlı təhlilçisi Əli Alfoneh bu fikirləri belə izah edir:
- Belə şayiələr gəzir ki, Ayətulla Xameneyi öz oğlunu ali dini lider postuna hazırlayır. Bu fikirlər 2005-ci il prezident seçkilərindən sonra eşidilməyə başlandı. Bunu xüsusən o vaxt prezidentliyə namizəd Mehdi Kərrubi və dolayı yolla Rəfsancani deyirdilər. Bu fikirlər də belə nəticəyə gətirir ki, Mojtaba Xameneyi Bəsic və İnqilab Keşikçiləri ilə əməkdaşlıq edərək Əhmədinejadı müdafiə edib və Rəfsancaninin prezident olmasına mane olublar.
ƏHMƏDİNEJAD MOJTABAYA GÜCLÜ RƏQİB OLDUĞUNU GÖSTƏRİR
Lakin Alfoneh deyir ki, bu haqda dəqiq məlumat əldə etmək çox çətindir və Ayətulla Xameneyinin öz oğlunu yerinə hazırlayıb-hazırlamamasını öyrənmək tarixçilərə qismət olacaq.
Lakin Mojtaba Xameneyini ali dini lider etmək asan deyil. Burada ən böyük problem onun bir ruhani kimi kifayət qədər bacarıqlı olmamasıdır. O, Höccətülislam rütbəsinə malikdir. Bu, dini seminariyaları bitirənlərə verilən rütbədir və İranda minlərlə insan bu rütbəyə sahibdir.
2005-ci il prezident seçkilərində Mojtaba atasının dəstəyi ilə Əhmədinejadın prezident olmasına yardım edib. Əhmədinejad o zaman qalib gələndə icraçı orqanlara ali dini liderin dəstəyi ilə mühafizəkar rəhbərlər gətirmişdi. Lakin «Nyu-York Times»in məlumatına görə, növbəti qələbəsindən sonra o, hakimiyyətdə olan on min işçini dəyişib. Bu da artıq onun Mojtabaya güclü rəqib olduğunu göstərir.
Bütün bunlar da onu deməyə əsas verir ki, əgər mühafizəkar düşərgə qalibiyyət prosesinə rəhbərlik etmək istəsə, bu, onlara elə də asan başa gəlməyəcək. Bunun üçün onlar son dərəcə yaxşı təşkil olunmalı və bir araya gəlməlidirlər. Amma o da ola bilər ki, bu cür yaxşı təşkil olunmuş güc artıq Əhmədinejad hakimiyyətində formalaşıb.