«Nabucco» kəmərində nə qaz alan məlumdur, nə qaz verən. Məlum olan – qazı ərazisindən ötürmək istəyənlərdir.
İyulun 13-də yerində sayan «Nabucco» kəməri üzrə tranzit sazişi imzalanmalıdır.
«Reuters»in söhbət etdiyi ekspertlərin fikrincə, «Nabucco» layihəsi Türkiyənin 15 faiz tələbini həll edə bilsə, Rusiyanın Avropaya alternativ kəmər layihəsi olan Cənub Axınından ilk dəfə olaraq qabağa düşəcək.
SAZİŞDƏ NƏLƏR OLACAQ?
Kəmərin qiyməti: 7,9 milyard avro
Hazır olacaq vaxtı: 2014-cü il
Ötürüləcək qaz: ildə 31 milyard kub metr
Sazişi imzalayan ölkələr: Tranzit ölkələr kimi Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan, Avstriya və tranzit ölkəsi olmayan Almaniya.
Sazişdə «Nabucco»nun haradan başlayacağı problemi həll olunmalıdır. Türkiyə təkid edir ki, «Nabucco» Türkiyədən başlansın.
Başlanğıc üçün alternativ ölkələr: Azərbaycan və ya Gürcüstan.
SAZİŞDƏ NƏLƏR OLMAYACAQ?
Türkiyə tələb edir ki, kəmərlə ötürüləcək qazın 15 faizini Türkiyə öz daxili ehtiyacları üçün istifadə edə bilsin, Avropa Komissiyası qətiyyən bununla razı deyil.
BƏS QAZ VERƏNLƏR HANI?
«Nabucco»ya qaz verə bilən ölkələrlə hələ heç bir konkret razılıq yoxdur. «Nabucco» konsorsiumu qaz verə bilən ölkələr kimi Misirin, Azərbaycanın adını çəkir. Mümkün qaz mənbələri kimi Türkmənistan və hətta Rusiya qeyd olunur.
İran da namizədlər arasındadır. Ancaq Amerika İranla münasibətlərin normallaşmasını şərt qoyur.