Bu il Azərbaycandan Həcc ziyarətinə cəmi 2000 nəfər gedəcək. İyulun 14-də keçirdiyi mətbuat konfransında Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Hacı Allahşükür Paşazadə belə deyib.
Onun sözlərinə görə, zəvvarların sayının azaldılmasının səbəblərindən biri Səudiyyə Ərəbistanında «donuz qripi» virusunun tapılması ilə bağlıdır. Digər səbəb isə Azərbaycanda Həccə gedənlərin ziyarətə hazırlıqlı olmamasıdır.
Hazırda Həccə getmək üçün sənəd qəbulu davam edir. 2008-ci ildə Azərbaycandan 6000-ə yaxın zəvvar Həcc ziyarətinə getmişdi.
Ziyarətə görə ödəniləcək məbləğ isə dəyişməyəcək. Avtobuslarla getmək istəyən zəvvarlar 2050 manat, təyyarə ilə gedənlər isə 3500-5000 manat arası pul ödəməlidirlər.