Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 01:17

3 siyasi fəaldan xəbər yoxdur


Səid Mətinpur
Zəncanda həbs olunan 3 nəfər siyasi fəaldan iki gündür ki xəbər yoxdur. Onlar iyulun 16-da həbsdə olan insan hüquqları fəalı Səid Mətinpurun azadlığa buraxılması üçün dua mərasimi keçirmək istəyirdilər. ETTELAAT (xüsusi xidmət orqanı) həmin gün mərasimdən öncə onları həbs edib.

Bu barədə «Azadlıq» Radiosuna İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının əməkdaşı Yaşar Həkkəkpur məlumat verib. Onun dediyinə görə, ailələri də saxlanan 3 nəfər barədə iki gündür xəbər ala bilmirlər.

Yaşar Həkkəkpur deyir ki, Zəncanın siyasi fəalları Səid Mətinpurun qaynatasıgildə dua mərasimi keçirmək istəyiblər. Razılığa gəliblər ki, mərasimdən öncə Səid Mətinpurun valideynlərinə baş çəksinlər. Amma ETTELAAT onlara da təzyiq göstərib:

«Səidin ata-anasına deyiblər ki, evinizə bu fəallardan kimisə buraxsaz, Evin zindanında olan oğlunuzu incidəcəyik».

Yaşar Həkkəkpur deyir ki, mərasim iştirakçıları Səid Mətinpurun valideynləri yaşayan evə yaxınlaşanda mühafizə qüvvələrinin orada keşik çəkdiyini görüblər. Keşikçi dəstələri dua mərasimi keçiriləcək yeri də mühasirəyə alıblar:

«Həmin gün o küçədən heç kimi keçməyə də qoymayıblar. Mərasim iştirakçılarına isə əvvəlcədən zəng edib deyiblər ki, mərasimə gəlsəniz sizi həbs edəcəyik».

Yaşar Həkkəkpur deyir ki, İran qanunlarına görə, bu cür dua mərasimləri təşkil etmək yasaq deyil:

«Bu cür dua mərasimləri İranda həftədə yüzlərlə keçirilir. Məhz Səidlə bağlı dua mərasiminin keçirilməsinə qadağa qanuni deyil».
XS
SM
MD
LG