Bir neçə ilə Azərbaycanda İnternet problemləri tam həll oluna bilər, fəzaya süni peyk buraxılarsa. Ancaq İnternet istifadəçiləri sevinməyə tələsməsin, çünki bu, nəzəri cəhətdən mümkündür, reallıqda isə...
Hələ 2007-ci ildə Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov demişdi ki, 2008-ci ildə Azərbaycan öz süni peykini fəzaya buraxacaq. Onun müavini İltimas Məmmədovsa bu ilin mayında Azərbaycanın süni peykinin orbitə «yaxın vaxtlarda» çıxacağını demişdi.
TENDER DAVAM EDİR
Yaxın həftələrdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi «Azerspace» milli rabitə peykini hazırlayacaq və səmaya buraxacaq şirkəti müəyyən edəcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin baş məsləhətçisi Qulam Abdullayev «Azadlıq» radiosuna deyib ki, indi bu işlə bağlı tender davam edir:
«Tenderdə 5 istehsalçı şirkət iştirak edir. Bizim peyk layihəmizlə bağlı onların təkliflərini Rabitə Nazirliyinin tender komissiyası araşdırır. 10-15 günə peykin istehsalçısı bəlli olacaq. Sonra 24 ay müddətində peyk istehsal olunacaq, 24 aydan sonra orbitə çıxarılması nəzərdə tutulur».
Qulam Abdullayev deyir ki, Azərbaycan peykinin səmaya buraxılması ilk növbədə Azərbaycanın digər peyklərdən asılılığını aradan qaldıracaq, əlavə vəsaitin ölkədən çıxmasının qarşısını alacaq:
«Bundan başqa Azərbaycanın Avropa və Asiya arasında tranzit kimi telekommunikasiya, internet, televiziya, radio kanallarının ötürülməsi imkanları olacaq. Bölgələrdəki televiziyaların peykə çıxarılması üçün şərait yaranacaq. Xarici ölkələrdəki səfirliklərimizlə birbaşa əlaqə yarada biləcəyik. Həm də bir peykin orbitə buraxılmasıyla bağlı iş bitmir. Burda kosmik sənayenin inkişaf etdirilməsi də nəzərdə tutulur. İstehsal, kosmosla bağlı məsələlər nəzərdə tutulur».
Peykin yeri, orbital mövqe məsələsi haqqında danışarkən Qulam Abdullayev bildirdi ki, Beynəlxalq Telekommunikasiya İttifaqı yer ayırıb, bu yer hazırda başqa peyklərlə razılaşdırılır.
Rabitə Nazirliyinin mütəxəssislərinin fikrincə, Azərbaycanın milli peykinin buraxılması - təhsil, səhiyyə, biznes, dövlət sektorunda - yeni xidmətlər üçün və onların fərqli sahələrdə tətbiqində bir sıra imkanlar yaradacaq. Çıxışın yaxşılaşdırılması yolu ilə milli rabitə peyki informasiya cəmiyyətinin inkişafına yardım edəcək:
BƏS İNTERNET?
«Azərbaycanın milli peykinin orbitə çıxarılması internetlə bağlı problemlərin həllinə yardım göstərə bilməyəcək». Bunu isə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir:
«Çünki Azərbaycanın qaldırmaq istədiyi peykin əsas funksiyası rabitə funksiyasıdır. Orada internet üçün cüzi bir resurs ayrılacaq. Məsələn, hazırda internet təhcizatıyla məşğul olan provaydelərin imkanları – internet trafikinin həcmi, gücü, həmin peykin təklif etdiyi internetin gücündən dəfələrlə yüksək olacaq».
Osman Gündüz hesab edir ki, peykin buraxılmasıyla bağlı kadrlar hazılanması, infrastruktur tədbirləri görülməsi haqqında məlumatlar verilmir:
«Rabitə Nazirliyinin yeganə şüarı var ki, göyə peyk buraxıram. Hansısa xarici ölkə ilə müqavilə bağlayacaq, onlar da peyki buraxacaq. Bəs idarəetmə, kadrlar, informasiyalarından kim, necə istifadə edəcək? Bu tip resursların 20-25 faizi ölkəyə bəs edir, gərək 70 faizi satılsın. Bunu kimə satacaq, bunlar bilinmir. Çünki bununla bağlı dünyada ciddi rəqabət var, bunlar bölüşdürülüb. Rabitə Nazirliyi bir onu deyir ki, göyə peyk buraxacağıq, internetlə televiziyanın problemi həll olunacaq, hesab edirəm ki, bunlar qeyri-ciddi şeylərdir».
PROQRAMA GÖRƏ, 2011-Cİ İLƏ KİMİ PEYK FƏZAYA QALDIRILMALIDIR
Azərbaycanın öz peyki olmadığından indi yerli metreoloqlar Türkiyə və Rusiya peyklərindən istifadə edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometreoloji Proqnozlar Bürosunun direktoru İmran Məmmədov deyir ki, Azərbaycanın peyki olarsa, onların işinə müsbət təsir göstərər:
«Öz peykimizin olması işimizə müsbət təsir göstərir. Bu qədər pul sərf olunacaqsa, bunlar işin keyfiyyəti üçündür».
Proqrama görə, 2011-ci ilə kimi peyk səmaya qaldırılmalıdır. Layihənin təxminən 120-200 milyon dollara başa gələcəyi bildirilir.
Azərbaycanda Kosmik Sənayenin İnkişafı ilə bağlı Dövlət Proqramının hazırlanması və milli peyklərin buraxılmasıyla bağlı tədbirlərin görülməsi üçün prezident 2008-ci ildə sərəncam imzalamışdı.
Azərbaycan milli peykinin Skandinaviya ölkələri istisna olmaqla, Avropanı tam, Qazaxıstanın böyük hissəsini əhatə etməklə isə Asiyanın yarısını əhatə etməsini istəyir.