Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:46

Britaniya şirkətləri Bakıya gəlir


lord Alderman Lan Luder
lord Alderman Lan Luder
«Maliyyə naziri mənə dedi ki, siz mənim adımı bilirsiniz, sizdə mənim ünvanım var! Bu, bizim üçün böyük üstünlükdür». Bunu London şəhərinin meri, lord Alderman Lan Luder Bakıda mətbuat konfransında deyib.

Jurnalist ondan soruşmuşdu ki, Bakıda «etibarlı biznes mühiti gördünüzmü?»

«Milli Bankın sədri Elman Rüstəmov və maliyyə naziri Samir Şərifov mənə dedilər ki, bank, sığorta və vəsaitlərin idarə olunması sektorunda şirkətlərin Azərbaycana gəlməsinə şad olardılar».

Mer Luder bütün Londonun yox, London biznes mərkəzinin - London şəhər korparasiyasının meridir, Birləşmiş Krallığın bütün maliyyə xidmətləri üzrə səfir sayılır.

- Cənab Luder, Azərbaycanın korrupsiya reytinqi aşağıdır, necə hesab edirsiniz, belə olan halda əməkdaşlıq çətinlik yaratmır ki?

- Azərbaycan hökumətinin islahat proqramları çox əhəmiyyətlidir. Azərbaycan şirkətləri beynəlxalq kapitalı artırmaq istəyirlər. Sözsüz ki, bu baxımdan yüksək şəffaflığa nail olunmalıdırlar. İqtisadiyyat inkişaf etdikcə, nağd ödəniş elektron ödəməyə keçdikcə, Azərbaycanda şəffaflığın səviyyəsi də inkişaf edəcək.

Mer Luder deyir ki, Azərbaycana biznes əlaqələrini genişləndirməyə gəlib. Özüylə 14 şirkətin nümayəndəsini gətirib.

Hələ ki, cənab Luder açıqlamaq istəmir ki, Azərbaycanda görüşlərin nəticəsində hansısa razılaşma imzalanıb, yoxsa, yox.

O, Bakıda prezident İlham Əliyevlə, maliyyə, rabitə, iqtisadi inkişaf nazirləri ilə, Milli Bankın sədriylə, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Dövlət Neft Fondunun sədrləri ilə görüşüb.

Luder deyir ki, Britaniya şirkətləri Azərbaycanda qeyri-neft sektorları ilə - maliyyə, turizm, kommunikasiya sahələri ilə maraqlanıblar.

Luderin rəsmi səfəri iyulun 21-də başa çatmalıdır.
XS
SM
MD
LG