DAXİLİ İŞLƏR NAZİRLİYİNİN CİNAYƏT-AXTARIŞ ŞÖBƏSİNİN MÜDİRİ HƏBS OLUNDU
Ukrayna Daxili İşlər Nazirliyinin keçmiş cinayət-axtarış şöbəsinin rəisini jurnalist Qonqadzanin oğurlanması və qətlinin təşkilinə görə həbs eləyiblər. Ukrayna mediası iddia eləyir ki, həbs olunan general-leytnant Oleksiy Pukaç məhz bu ittihamla tutulub.
Ukrayna Baş prokurorunun müavini General Viktor Kudryavtsev iyulun 22-də iddaları təsdiqləyib. Deyib ki, "Pukaç həbs olunub, dindirilib və ona qarşı irəli sürülən ittihamlarla bağlı ifadə verib”.
Kudryavtsev yaxın zamanlarda keçmiş general-leytnantın məhkəmə qarşısına çıxarılacağını da bildirib.
GENERAL BİR DƏFƏ MƏHKƏMƏDƏN CANINI QURTARA BİLMİŞDİ
Əslində Pukaç bir dəfə məhkəməyə çıxarılmışdı. Özü də bu işlə bağlı ittihamla. 6 il əvvəl Pukaçı Qonqadzenin oğurlanması və qətliylə bağlı polisin iştirakıyla bağlı dəlilləri məhv eləməkdə ittiham olunurdu.
Amma 2003-cü ildə apelyasiya məhkəməsi paytaxt Kiyevi tərk elələmək şərtilə onu azadlığa buraxmışdı. General-leytnant Pukaç bir müddət sonra aradan çıxıb, bu günə kimi gizlənirdi.
Ukrayna prokurorunun müavini Pukaçı indi xüsusi xidmət orqanalrının yardımıyla keçirilən birgə əməliyyat nəticəsində Jitomirdə həbs olunduğunu bildirib.
3 POLİS ARTIQ BU HƏBSƏ GÖRƏ HƏBSDƏDİR
Jurnalist Giorgiy Qonqadzenin 2000-ci ildə qətlini təşkil eləməkdə günahlandırılan Daxili İşlər Nazirliyinin keçmiş şöbə müdirindən başqa 3 nəfər artıq cinayətə yardım eləmək və cəsədi gizlətmək ittihamıyla həbs yatır.
Ancaq bir çoxları da hələ də qətlin sifarişçisinin həbs olunduğunu düşünmür. Çünki 9 il əvvəl jurnalisti oğöurlayıb, 2 ay sonra yandırılmış və başı kəsilmiş meyitini meşədə tapanda bir çoxları ölkə rəhbərliyini bunda ittiham edirdi.
EKS-PREZİDENTİN QƏTLİ SİFARİŞ ELƏDİYİ İDDİA OLUNAN SƏS YAZISI YAYILMIŞDI
Hətta, o vaxtki Ukrayna Prezidenti Leonid Kuçmanın cangüdəni Mikola Melniçenko sonradan jurnalisti aradan götürmək haqda prezidentin tapşırıq verdiyini demişdi.
Müxalifətçi siyasətçi Oleksandr Moroz isə elə də yüksək keyfiyyətlə yazılmayan bir səs yazısını yaymışdı. Həmin söhbətdə bir nəfər Qonqadzenin- jurnalistin oğurlanıb- Çeçenistanda azdırılması əmrini verirdi.
PREZİDENTİN TAPŞIRIQ VERDİYİ DAXİLİ İŞLƏR NAZİRİ GÜLLƏLƏNMİŞ HALDA EVİNDƏN TAPILDI
Ukrayna Prezidenti Kuçma həmin lent yazısındakı səslərdən birinin ona aid olduğunu sonradan etiraf elədi, ancaq həmin fikirlərin montaj olunduğunu və mənasının dəyişdiyini vurğulamaqla. HƏmin lent yazısındakı söhbətdə iştirak eləyən digər şəxs isə Kuçma hökumətinin Daxili İşlər Naziri Yuriy Kravçenko idi.
Ancaq Kravçenkodan heç vaxt həmin lent yazısı haqda nəsə soruşmaq mümkün olmadı. Çünki, Daxişi İşlər naziri öz mənzilində güllələnmiş halda tapılmışdı.
ONUN QƏTLİNƏ ETİRAZLAR UKRAYNADA NARINCI İNQİLABLA NƏTİCLƏNMİŞDİ
31 yaşlı jurnalistin qətlinə görə o vaxtki president Kuçma cinayət ittihamıyla üzləşməsə də, vəzifəsindən gedəsi oldu. Çünki jurnalsitin qətli kütləvi etiraz aksiyalarına səbəb oldu və 2004-cü prezident seçkilərində bu etirazlar Narıncı inqilabla nəticələndi.
Azadlıq Trend
1