Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:34

200-dən çox imza ilə prezidentə məktub göndərilib


Gənc fəalların həbsi, 8 iyul 2009
Gənc fəalların həbsi, 8 iyul 2009
200-dən çox imza ilə prezident İlham Əliyevə məktub göndərilib. Məktubda gənc fəallar Adnan Hacızadə və Emin Milinin haqsız yerə həbs edildiyi vurğulanır, onların azadlığa buraxılması istənilir. Bu barədə «Azadlıq» radiosuna AN şəbəkəsinin üzvü Vəfa Cəfərova məlumat verib:

«Məktubda biz prezidentə onun konstitusiyaya and içərkən üzərinə götürdüyü vəzifələri xatırladırdıq. Prezident bütün ölkə vətəndaşlarının hüquqlarını qoruyacağına and içib, deməli hamının hüquqlarını qorumalıdır. Çünki hamının prezidentidir və ona görə də bu missiyanı yerinə yetirməlidir».

Vəfa Cəfərov deyir ki, onlar Adnan Hacızadə və Emin Millinin əfv olunmasını yox, günahsızlıqlarının sübut edilməsini istəyirlər.

Emin Milli və Adnan Hacızadə iyulun 8-də «Livan» restoranında baş verən münaqişəyə görə həbs olunub və xuliqanlıqda ittiham olunurlar. Məhkəmənin qərarı ilə hər iki gənc barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Bir sıra beynəlxalq insan haqları təşkilatları gənclərə qarşı irəli sürülən xuliqanlıq ittihamı əsassız hesab edirlər.
XS
SM
MD
LG