«Davamlı boykot ola bilməz!» Bu bəyanatı az əvvəl AXCP sədri Əli Kərimli vermişdi, «Azadlıq» radiosunun efirində. Elə buna görə də altı müxalifət partiyasının qərarı var ki, builki bələdiyyə seçkilərinə bir yerdə qatılsınlar. Məqsəd də son illər yaranmış siyasi sükunətə son qoymaq, fəallığı artırmaqdır. Çünki davamlı boykot ictimaiyyət və siyasi qüvvələr arasında passivlik yaradır.
«YERLƏRDƏN TƏKLİF GƏLİR…»
Altı partiya Qarabağ və Respublika Uğrunda Hərəkatında birləşənlərdir: Müsavat, Xalq Cəbhəsi, Liberal, Demokrat, Ümid, Vətəndaş və İnkişaf partiyası…
Amma bu gün seçkiləri boykot etmək haqda düşünənlər də var. Liberal Partiyanın sədr əvəzi Əvəz Temirxan deyir ki, yerlərdən bu haqda təkliflər gəlməkdədir:
«Seçkilər yaxınlaşdıqca partiya sıralarında seçkilərə getməməyin tərəfdarları artır. Onlar öz mövqelərini bununla əsaslandırırlar ki, seçki komissiyaları əvvəlki kimi iqtidarın nəzarəti altındadır, söz və mətbuat azadlığı təmin olunmayıb, sərbəst toplaşmaq azadlığı demək olar ki, qadağandır. Bu ona dəlalət edir ki, bələdiyyə seçkiləri də əvvəlki seçkilər kimi total qaydada saxtalaşdırılacaq və alacağımız səslər hesablanmayacaq».
Ancaq Əvəz Temirxan deyir ki, yerlərdən gələn bu təklif hələlik nəinki müttəfiqləriylə, heç partiya daxilində də müzakirə edilməyib. Bu məsələ sentyabr və ya oktyabrda müzakirəyə çıxarılacaq. Bununla belə əlavə edir ki, bu haqda təkliflər təkcə Liberal Partiyanın üzvlərindən yox, başqa sıravi müxalifətçilərdən də gəlməkdədir. Hərçənd Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılı deyir ki, onların düşərgəsinə boykot ovqatı yoxdur.
«BOYKOTDANSA SEÇKİLƏRƏ QATILMAQ YAXŞIDIR»
«Turan» İnformasiya Agentliyinin eksperti Zəfər Quliyevə görə isə, müxalifətin üzləşdiyi seçim çox ağırdır. Çünki ötən illər göstərdi ki, seçkilərə qatılmaq kimi boykot da səmərə vermədi. Ekspertin düşüncəsinə görə, istər müxalifət seçkilərə qatılanda, istər nəticələr saxtalaşdırılanda, istərsə də seçkilər boykot ediləndə, buna nə hakimiyyət, nə də beynəlxalq qurumlar önəm verdi: «Amma hər halda iki pis variant arasında seçəndə müxalifət fəallığı seçməlidir. Bu daha çox xeyir verə bilər».
Zəfər Quliyevə görə, bu halda müxalifət partiyaları kütləvi aksiyalar keçirmək, sıravi vətəndaşlarla görüşmək, öz resurslarını səfərbər etmək imkanı qazana bilər.
BİRGƏ SİYAHI YOXSA, BİR NEÇƏ SİYAHI
Dediklərinə görə, hazırda digər müttəfiqləri kimi Müsavat və Liberal partiyaları namizədlərin siyahısını müəyyənləşdirməklə məşğuldur. Arif Hacılı hətta Müsavatda bu işin artıq başa çatmaqda olduğunu deyir. Sentyabrda isə bu yöndə müttəfiq partiyalarla müzakirələr başlanacaq.
Amma deyəsən, fikir ayrılığı yalnız seçkilərə qatılıb-qatılmamqala bağlı deyil. Həm də siyahılarla bağlıdır. Arif Hacılı deyir: «İstisna deyil ki, seçkilərdə bir neçə siyahı ilə iştirak edək. Bələdiyyə seçkilərinin çoxmandatlı dairələr üzrə keçirilməsi mümkündür deyə, partiyaların koalisiyası mümkün olacaq».
Əvəz Temirxanın isə, ilkin qərarı belə açıqlayır: «Əgər bir bələdiyyədə məsələn, 9 üzv varsa, ora 10 namizəd verməyək. Elə 9 namizəd sürək. Seçiciləri də bizim ittifaqa səs verməyə çağıracaq. İttifaqın formalarından biri budur».
Amma yenə də qərar sentyabrdakı müzakirələrdə verilməlidir. Eksperti Zəfər Quliyev isə deyir ki, müxalifətin seçkilərə birgə və ya ayrı-ayrılıqda getməsi nəyisə dəyişməyəcək. Onlar çətin ki, bələdiyyələrdə böyük qələbə qazansınlar. Amma müxalifətin seçkilərdə vahid siyahı ilə, vahid platforma ilə iştirakı vacibdir. Çünki qarşıdan həm də parlament seçkiləri gəlir. Bu addım seçkilərin nəticələrinə təsir etməsə də, gələcək siyasi fəaliyyət və ələlxüsus da gələn ilki parlament seçkiləri üçün faydalı olar.