Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 08:02

«Qarabağ» «Tvente», «Bakı» isə «Bazel»lə qarşılaşacaq


Avqustun 7-də İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqası pley-off mərhələsinin – qrup turniri ərəfəsindəki sonuncu səddin püşkatması keçirilib.

Püşkatmanın nəticələrinə əsasən, «Qarabağ» Hollandiyanın «Tvente», UEFA Çempionlar Liqasında mübarizəsini dayandıran «Bakı» isə İsveçrənin «Bazel» klubu ilə qarşılaşacaq.

«Verder» (Almaniya) – «Aktobe» (Qazaxıstan)

«Fulhem» (İngiltərə) - «Amkar» (Rusiya)

«Qalatasaray» (Türkiyə) - «Levadiya» (Estoniya)

«Metallurq Donetsk» (Ukrayna) - «Austriya Vyana» (Avstriya)

«Tvente» (Hollandiya) - «Qarabağ» (Azərbaycan)

«Dinamo Moskva» (Rusiya) – «SSKA Sofiya» (Bolqarıstan)

«Trabzonspor» (Türkiyə) - «Tuluza» (Fransa)

«Bakı» (Azərbaycan) - «Bazel» (İsveçrə)

«Şaxtyor» (Ukrayna) – «Sivasspor» (Türkiyə)

«Zenit» (Rusiya) - «Nasyonal» (Portuqaliya)

«Syon» (İsveçrə) – «Fənərbaxça» (Türkiyə)

«Şturm» (Avstriya) - «Metallist» (Ukrayna)

Oyunlar avqustun 20 və 27-də keçiriləcək.
XS
SM
MD
LG