Azərbaycan bloqosferasında nisbi durğunluq yavaş-yavaş aradan qalxır. Bloqqerlər yay tətillərindən qayıdır və qatı çoxdandır açılmayan gündəliklərinə əl gəzdirirlər. O zaman, sizə bloqosferanın son yeniliklərini yuzerlərə çatdırmağın əsl vaxtıdır.
NOLYEDDİZM REALİZMİNDƏ AFRİKA NAĞILLARI
Şəxsi bloqunda, özü dediyi kimi, «nolyeddizm realizmi»ni işıqlandıran Doktor Ravik Avqustun 28-də göndərdiyi son postunda uşaqkən SSRİ «politizdat»ının yaydığı kitablardan, Afrikadan və Azərbaycandan söz açır:
«Sovet hökuməti böyük avantüra idi. Sovet hökuməti kitab çap eləyirdi, sonra həmin kitabı Moskvadan Fərqanədəki, Krasnovodskdakı, Kəlbəcərdəki mağazalara yollayırdı ki, kolxozçular kitab oxusun. Duzdur, kolxozçular o kitabları cırırdılar, üstünə çaynik qoyurdular, vərəqlərində tum satan tum satırdı, təyyarə düzəldən təyyarəsini uçurdub əylənirdi, amma bəzi kolxozçular o kitabları qıyıb atmırdılar (yəqin verdikləri pula görə). O kitablar qalır».
Doktor Ravikin Afrika barədə oxuduğu kitablardan nələri anladığını, onun bloqunda izləyin. Oxumağa dəyər.
Daha əvvəlki postlarda isə öyrənə bilərsiniz ki, ailədə pult kimin əlində olmalıdır. Bir sözlə, Doktor Ravik yazır və başqalarının yazdıqlarının şəkilini çəkib bloqunda post edir.
AVANQARD YAZARIN GENDER DİLEMMASI
Digər populyar yazar Cavidanın (Mətbuatda Cavidan adı ilə çıxış edən avanqard yazarın bloqda adı Culiya imiş) isə deyəsən, gündəliyini yeniləməyə heç vaxtı yoxdur. Son postu Nazim Hikmətin «Mavi gözlü dev» şerinə elə şerlə yazdığı cavabdır. Hər ikisini oxuyun və bir məsələyə kişi şairin və qadın şairənin (kişi adı altında yazsa belə) baxışlarını müqayisə edə bilərsiniz.
ŞAH VƏ ŞAHBANU BARƏDƏ XƏBƏRLƏRİ HARDAN ALMALI
Gənc bəstəkar Firudin Allahverdi isə səfərdə olduğu üçün bloquna çoxdandır əl gəzdirməyib. Onun da son postunun tarixi təzələnmir ki, təzələnmir. Amma bu köhnə postu sizinlə bölüşmədən keçmək istəmədim. O, Hikmət Hacızadənin «Demokratiya: Gediləsi Uzun bir Yol» Demokratiya və Antidemokratiya Antologiyasına istinadən Şah dövründə İranda Mətbuat üçün senzura qaydalarını dərc edir:
«1978-ci ildə şah İranında Milli Təhlükəsizlik Xidməti (SAVAK) tərəfindən hazırlanmış mətbuat üçün senzura qaydaları
1. Şah, şahbanu, şahzadə, baş nazir və şah ailəsi haqqında hər hansı xəbər rəsmi mənbələrdən alınmalıdır.
2. Şah, yaxud şahbanu tərəfindən elan olunmuş hər hansı plan istehza hədəfinə çevrilməməlidir.
3. Məsul və yüksək vəzifəli şəxslər, həmçinin vəzifəyə şah tərəfindən təyin olunmuş şəxslər hücum və ittihamlara məruz qalmamalıdır...»
Gerisini bloqun özündən oxusanız yaxşıdır.
«AZƏRBAYCANIN SLAVYAN AZLIĞI»
Rusdilli azərbaycanlıların və özünün bloqunda Anar Məmmədxanov, «Kim? Nə? Harada?» ulduzları Rork və Rövşən Əsgərov və digərləri ilə «rusdillilik haqda» gərgin mübahisədən yorulub usanmış İlqar Məmmədov bu zümrəni «Azərbaycanın slavyan azlığı» adlandırdıqdan sonra, nəhayət ki, qlobal və gündəlik mövzulara qayıdıb. Bir ingilis jurnalisti ilə ünsiyyət təcrübəsindən maraqlı xatirələrini bölüşüb, sonra isə sual edib ki, ölkənin bank sistemində baş verən nədir?
KARTLA ÖDƏNMƏYƏN RÜŞVƏT
İlqar Məmmədovu narahat edir ki, plastik kartların sayı artsa da, adamlar nəğd ödənişlərdən niyə əl çəkmir: «2009-cu ildə kart işləmlərinin 95%-i sadəcə bankomatdan nəğd pul çıxarışı olub»
Bloqçu-şərhçi tərəddüd etmədən cavabını da verir:
«Durumun nədən belə olduğunu hamı yaxşı bilir. Əgər mağazalar ödənişi kartla götürsələr, onda bəs rüşvətləri hansı cibdən ödəyəcəklər? Bakıdakı kafe, mağaza, restoranlarda kartla ödəniş üçün 7753 POS-terminal var. Amma kartla ödəmək istəyiniz əksər hallarda müşkülə düşəcək: gah «telefon xəttimiz işləmir» eşidəcəksiniz, gah da çox gözləməli olacağınızı görüb, işi tez bitirməkdən ötrü əlinizi cibinizə atacaqsınız».
Lüğət:
Bloq – internetdə gündəlik. Adamlar yaşadıqlarını, düşündüklərini internet vasitəsilə digərləri ilə bölüşürlər.
Bloqosfera - bloqların açıldığı virtual məkan. (Bloq sizin mənzilinizdirsə, bloqosfera da virtual məhəllələrdir).
Post – Bloqda təqdim olunan hər yeni yazı, ismarış, yaxud şəkil.
Yuzer – İnternet istifadəçiləri.
Maraqlı bloqlar haqqında bizə yazın. Bizim təqdim etdiyimiz bloqları isə burada şərh edə bilərsiniz.