Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:04

Addım-addım yaxınlaşma


Prezident Serj Sarkisyan türkiyəli həmkarı ilə Yerevanda, 6 sentyabr 2008
Prezident Serj Sarkisyan türkiyəli həmkarı ilə Yerevanda, 6 sentyabr 2008
Ermənistan Respublikası və Türkiyə arasında münasibətlərin inkişafı barədə protokolun layihəsinə əlavədə onların imzalanmasından sonra hansı addımların atılacağı qeyd olunur. Bu sənəddə Ermənistanın qoşunlarını işğal olunmuş Azərbaycan ərazisindən çəkməsi barədə söhbət getmir.

Addımlar Atılacağı vaxt
1. Ümumi sərhədin açılması Ermənistan Respublikası və Türkiyə arasında münasibətlərin inkişafı barədə protokolun qüvvəyə minməsindən sonrakı iki ay içində
2. hökumətlərarası komissiya və alt komissiyanın iş modullarını hazırlamaq üçün iki xarici işlər nazirinin başçılıq edəcəyi işçi qrupun yaradılması Ermənistan Respublikası və Türkiyə arasında münasibətlərin inkişafı barədə protokolun qüvvəyə minməsindən iki ay sonra
3. Nazirliklər səviyyəsində hökumətlərarası komissiya və alt komissiyanın iş modullarını təsdiqləmək Ermənistan Respublikası və Türkiyə arasında münasibətlərin inkişafı barədə protokolun qüvvəyə minməsindən sonrakı üç ay ərzində
4. Hökumətlərarası komissiyanın ilk iclasını təşkil etmək Nazirliklər səviyyəsində hökumətlərarası komissiya və alt komissiyanın iş modulları təsdiqləndikdən dərhal sonra
5. Aşağıdakı alt komissiyaların işi:
- siyasi məsləhətləşmələr üzrə
- nəqliyyat, kommunikasiyalar, enerji infrastrukturu və şəbəkələr üzrə
- hüquqi məsələlər üzrə
- elm və təhsil üzrə
- ticarət, turizm və iqtisadi əməkdaşlıq üzrə
- ətraf mühit məsələləri üzrə və
- tarixi müstəvidə iki ölkə arasında qarşılıqlı etimadı bərpa etmək məqsədilə dialoqun həyata keçirilməsi üçün, o cümlədən, mövcud problemləri müəyyənləşdirmək və tövsiyələr hazırlamaq üçün tarixi qeydlər və arxivlərin erməni, türk, eləcə də isveçrəli və digər beynəlxalq ekspertlərin iştirakı ilə bitərəf şəkildə tədqiq olunması
Ən geci hökumətlərarası komissiyanın birinci iclasından bir ay sonra
XS
SM
MD
LG