«Biz bura gələndə burda quruca divar idi. Hərə birini tutduq. İndi ev yiyələri gəlib ki, çıxın. Hara çıxaq, bilmirik. Yerimiz yox, yurdumuz yox».
Bunu məskunlaşdığı mənzildən çıxarılmaq təhlükəsi ilə üz-üzə qalmış Qubadlı köçkünü Minayə Fətiyeva deyir. Sumqayıt şəhəri, 9-cu mikrorayon, 29, 30 və 31-ci binalarda məskunlaşanlar haqqında növbəylə çıxarılan məhkəmə qərarlarına görə, köçkünlər mənzillərdən elə növbəylə də çıxarılmalıdırlar.
MƏHKƏMƏ İCRAÇILARI BİRCƏ AİLƏNİ DƏ YERİNDƏN TƏRPƏDƏ BİLMƏYİB
Sumqayıt Şəhər Məhkəməsi burada məskunlaşan 150 ailədən hələlik 21-i haqqında mənzilləri boşaltmaq qərarı versə də, məhkəmə icraçıları bircə ailəni də yerindən tərpədə bilməyib. İşə polis cəlb edilib, qarşıdurma baş verib, köçkünlərsə, necə deyərlər, mənzillərdən möhkəm yapışıblar. Dediklərinə görə, getməyə yerləri yoxdur.
Köçkün Asif Məmişov isə deyir ki, məhkəmə köçkünlərin mənzillərdən çıxarılmalarına dair qərar verib, amma onların başqa yerlərdə yerləşdirilməsi tərəfini «unudub»:
«Məhkəmənin çıxardığı qərar əlimdədir ki, çıxarılsın, harda yerləşdirilməsi haqqında da heç nə yoxdur».
Asif Məmişov deyir ki, 16 il əvvəl bura köçərkən bina yeni tikili olub, heç bir kommunal şəraiti olmayıb. Binanı bina vəziyyətinə köçkünlər özləri gətiriblər. İndi məhkəmə onu da ailəsi ilə birlikdə məskunlaşdığı mənzildən çıxarır. Mənzili də qanuni sahibinə qaytarır:
«TORPAĞIMIZI VERİN. GETMƏYƏ HAZIRAM»
«Prezidentin fərmanı, qərarları əlimizdədir ki, qaçqınlar torpaqlar alınana qədər harda mülki əhali yaşayır, orda da yaşasınlar. Bizə heç nə lazım deyil, o torpağımızı versin, quru torpağı, bizə ev də lazım deyil, qarğıdan tikib orda yaşayırıq. Getməyə də hazıram».
Asif Məmişov köçkünlərin köçürülməsində maraqlı şəxslərin olduğunu da iddia edir. Onun fikrincə, qaçqınları və köçkünləri hökumətlə qarşı-qarşıya qoymaq istəyənlər var. «Qızışdırırlar ki, camaat qalxsın ayağa, respublikada sabitlik pozulsun. Kiminsə burada marağı var».
Köçkünlər deyir ki, neçə gündür məhkəmə icraçıları binalara polis işçiləri ilə gəlirlər. Dədəkişi Nəcəfovun sözlərinə görə, qarşıdurma o dərəcəyə çatır ki, mənzillərdən çıxmaq istəməyən köçkünləri kötəkləyirlər.
«Gündə bəlkə 50 polislə tökülürlər, qadınlarımızı yolurlar, kişilərimizi «dubinka»layırlar, təhqir eləyirlər. Heç olmasa prezidentimizə hörmət qoysunlar. Prezidentimiz qərar verib, qaçqının məskunlaşdığı yerdə şəraitini yaxşılaşdırmaq və torpaq alınınca orda qalmasına».
Köçkünlər Sumqayıt Şəhər Məhkəməsinin çıxardığı qətnamələrdən apellyasiya şikayəti vermək üçün Sumqayıt Şəhər Apellyasiya Məhkəməsinə üz tutublar. Lakin məhkəmənin inzibati binasının qarşısından onları birbaşa Sumqayıt Şəhər Polis İdarəsinə aparılıblar. Polisə aparılanlardan biri də məcburi köçkün Kəmalə Yasinova olub:
«Gəlmişdilər, evdən çıxardırdılar bizi. Yer yox, yurd yox, gəlib tökürlər çölə bizi. Deyir məhkəmənin qərarı var ki, çıxmalısınız. Getdik Apellyasiya Məhkəməsinə, haqqımızı tələb elədik, polis işçiləri töküldü «dubinka»yla. Bizi apardılar «Qorotdel»ə, axşam buraxdılar».
«ƏGƏR SƏN DÖVLƏTSƏNSƏ, MƏNİ TƏMİN ELƏ»
Məcburi köçkün Bəykişi Nuruşov isə deyir ki, Füzuli, Cəbrayıl köçkünlərinə evlər tikilib, yaşamaq üçün şərait yaradılıb, Qubadlı köçkünlərinə isə yox. Onun fikrincə, hökumət əvvəlcə bu barədə fikirləşməlidir.
«Əgər sən dövlətsənsə, məni təmin elə, get ev tik ver. Füzuli, Cəbrayıl, o zonanın camaatına ev tikib vermisən, çəkmisən suyun, qazın, mənimkini də tik ver. Bu hacıleylək yuvası kimin nəyinə lazımdır? Məhkəmə qərar verib, yaxşı, bəs prezidentimizin qərarı necə oldu?»
Prezident fərmanına istinadları ilə probleminin həllinə nail olmayan köçkün daha hara şikayət edəcəyini bilmirlər.
Hüquqşünas Namizəd Səfərov köçkünlərin vaxtilə tutduqları mənzillərdən çıxarılmasın tam qanuni hesab edir. Çünki qaçqınların və köçkünlərin yerləşdirilməsi mənzilləri zəbt olunmuş vətəndaşların yox, dövlətin borcudur:
«Dövlət bu məsələni belə həll eləmişdi ki, vaxtilə, qaçqınlar, köçkünlər öz doğma torpaqlarına qaytarılana qədər tutduqları torpaqlardan, evlərdən, qeyri-yaşayış sahələrindən çıxarılması qadağandır. Dövlət özü bu məsələni həll etməlidir. Qaçqınların tutduqları mənzildən çıxarılması məsələsi əvvəllər məhkəmələr tərəfindən birmənalı şəkildə rədd olunurdu. Avropa Məhkəməsinin bu işə müdaxiləsindən sonra məhkəmələr artıq vətəndaşın tutulmuş mənzilindən qaçqınların çıxarılması məsələsini həll edir».
Lakin Namizəd Səfərov məhkəmə qətnamələrinin birtərəfli çıxarılmasını qanunsuz hesab edir:
«Köçkünlərin tutduqları mənzildən çıxarılmasına dair məhkəmə qətnaməsində onların başqa yerdə yerləşdirilməsi də əksini tapmalı idi. Məhkəmənin «qət etdi» hissəsində yazılmalıdır ki, onlara tutduqları mənzilə bərabər yerlər verilməklə tutduqları mənzildən çıxarılsınlar. Onlara başqa ona bərabər mənzil verilməsə küçəyə atılması qeyri-mümkündür, hətta məhkəmə qətnaməsində göstərilsə də bunun icrası da qeyri-mümkündür».