«XXI Əsr» Təhsil Mərkəzinin sədri Etibar Əliyev AzadlıqRadiosunun «İşdən sonra» verilişində Azərbaycanda son zamanlar rus dili ətrafında artan polemikalara münasibət bildirib. Müsahibənin maraqlı hissələrini təqdim edirik:
- Etibar bəy, rus dili ətrafında Azərbaycanda son zamanlar polemikalar artıb. Sizcə, müstəqil Azərbaycanda rus dili məsələsi necə həll olunmalıdır?
- Diqqət etsək görərik ki, indiki alimlər, dünyasını dəyişmiş alimlərin əksəriyyəti elmi dərəcələrini alanda 80-90 faizi rus dilində olan ədəbiyyatlardan istifadə edib. Sovetlər dövründə bütün sahələri əhatə edən milyonlarla kitablar dərc olunub. İngilis yazıçısı Faulz deyir ki, universal təhsil üçün universal dil lazımdır. Şübhəsiz ki, bizim dil hələlik hərtərəfli bilik əldə etməyə imkan yaratmır. Rus, ingilis, ispan dillərində olan ədəbiyyatların tərcüməsi çox zəif aparılır. Tərcümə mərkəzləri, tərcüməçilər yoxdur. Elmi, bədii tərcümə də demək olar ki, yoxdur. Bizim intellektual inkişafımız üçün hələlik rus dilini 2-ci xarici dil səviyyəsinə salmaq doğru deyil. Rus dilində tükənməz sayda ədəbiyyatlar var. Onların Bakıya gətirilməsi çox da çətin deyil.
Mən hələ də əlində ingiliscə ədəbiyyat mütaliə edən şəxsə rast gəlməmişəm. Türk dili də çox ləng gedir. Daha çox dini kitablar Azərbaycana gəlir. Nəzərə alsaq ki, ingilis dilini əhalinin əsas hissəsi bilmir, inkişaf üçün rus dili çox əlverişlidir. Orta məktəblərdə bu dilin yükünü azaltmağı doğru hesab etmirəm.
- Bəs kompromis nədədir? Təəssürat yaranıb ki, oxuyan əhali əsasən rusdillidir. Azərbaycanca mütaliə edənlərin əksəriyyəti isə qəzet oxucusudur. Bununla inkişafa nail olmaq çətindir. Məsələni necə həll etmək olar?
- Tərcümə, yeni əsərlərin yazılması prosesi o dərəcədə sürətlə getməlidir, yazıçı ordusunun əsərləri o dərəcədə insana yaxınlaşmalıdır ki, əlimizdə olan rus dilindən tam imtina edək. Ancaq bu proses getmir. Dünya ədəbiyyatının əsərləri rus dilindən tərcümə olunur. Dahi Şekspiri Pasternakın rusca tərcüməsindən dilimizə çevirirlər. İtkilər baş verir. İndiki reallıqla barışmaq olmur. Türkiyə nümunəsi kimi kitabların bütün sahələr üzrə çevik tərcüməsinə, milyonlarla tirajına, eyni zamanda onların təbliğatına, oxunmasına, əhalinin maddi durumuna müvafiq olaraq kitab əldə edilməsinə nəzarət lazımdır.
Konkret olaraq, ailələrimizi götürsək, uşaqların rus bölməsində təhsil almasına mən pis baxmıram. Alternativ qoyulmalıdır. Rusiya və Azərbaycan dərsliklərindəki fərqlərə fikir verin. Tərtibatda, çalışmalarda, pedaqoji metodlarda. Əgər söhbət intellektin formalaşmasından və tənqidi təfəkkürün inkişafından gedirsə, dil fərqi yoxdur. Dilimizdə ədəbiyyat yoxdursa, xarici dil intellektual mühitin yaxşılaşmasına müsbət təsir göstərə bilər.
- İsveçrə təcrübəsi bir ölkədə üç böyük dilin birgə yaşayıb çiçəklənməsinə nümunədir. Avropada çoxdillilik qabarıq şəkildə görünür. Almaniya, Finlandiya və digər ölkələr bariz nümunədir. Nədən Azərbaycan belə təcrübədən yararlanmasın?
- Biz Sovetlər dövrünün yetirmələriyik. Hamı indi də çaşqınlıq içərisindədir. İnsanlar «40 yaşıma çatmışam, nə üçün ingilis dilini bilmirəm, 50 yaşıma çatmışam, rus dilini bilmirəm?» kimi sualı özlərinə verirlər. Bunu biz təhsil aldığımız dövrdə də görmüşük. Heç bir Sovet respublikasının müstəqil dil siyasəti yox idi. Ancaq digər millətlər, məsələn, Bakıda yaşayan ermənilər, yəhudilər başqa dilləri mənimsəyirdilər. İngiliscə də oxuyurdular, rusca mükəmməl bilirdilər. Sanki perspektivi bizdən qabaq düşünürdülər. Bax bu haqda düşünmək lazımdır ki, necə və niyə belə olurdu?