Ermənistan Azərbaycanla Qarabağ dialoqunu o vaxt davam etdirəcək ki, müəyyən şərtlər yerinə yetirilsin, - bunu Ermənistan prezidenti Serj Sarkisyan deyib.
Sarkisyan Rusiyanın «Moskovski Komsomolets» qəzetinə müsahibəsində deyib:
«Biz bunu (dialoqu) 3 şərtlə qəbul edirik: Qarabağ Azərbaycanın tərkib hissəsi olmamalıdır, Qarabağın müstəqilliyi siyasi səviyyədə etiraf olunmalıdır və 3-cüsü, müstəqil Qarabağın Yerevanla təhlükəsiz quru kommunikasiyası olmalıdır».
«Əgər bu 3 şərt yerinə yetirilsə, ola bilər, biz dialoqa hazır olarıq».
Ermənistan prezidenti əlavə eləyib ki, «bizim Azərbaycana heç bir güzəşt fikrimiz yoxdur. Güzəştlər tamamilə istisna olunur».
Sarkisyan daha sonra deyib: «Azərbaycan bizdən işğal olunmuş torpaqların azad olunmasını tələb eləyir. Bu torpaqlar - bizim aramızda sərhədlərin qoyulmasıdır və bu torpaqlar bizim təhlükəsizlik zonamızdır. Biz bu torpaqları geri qaytarmayacağıq. Onlar bizə işğalçı deyə bilərlər. Bu, mənim xətrimə dəymir».
Sarkisyan daha sonra deyib ki, «onlar torpaqları zorla qaytara bilsəydilər, bunu çoxdan eləmişdilər. Ancaq eləmədilər. Ona görə də bizim dediyimizə gedir. Sonra da, gec ya tez, kompromis tapılmalıdır».