Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 21:54

E.Məmmədyarov: «Qarabağ problemi qlobal kontekstdə dünyaya təsir edir»


Elmar Məmmədyarov
Elmar Məmmədyarov
Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmaması artıq qlobal konteksdə dünyaya təsir edir.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Universitetində tələbə və müəllimlərlə görüşündə deyib.

Elmar Məımmədyarov Türkiyə-Ermənistan münasibətlərinə də toxunub.

O ümumilikdə yaxınlaşma prosesini müsbət hesab eləsə də, qeyd edib ki, Türkiyənin Ermənistanla əlaqələrinin kəsilməsi Kəlbəcərin alınmasından - münaqişənin Dağlıq Qarabağ sərhədlərini keçməsindən - sonra baş verdi. Məmmədyarov sual edib ki, nə dəyişib ki... Kəlbəcər hələ də işğal altındadır

Çıxışdan sonra Elmar Məmmədyarov gənc bloqqerlərin həbsiylə bağlı suallara da cavab verib.

Məsələnin siyasiləşdirilməməsini məsləhət görən nazir qeyd edib ki, məhkəmə müstəqil qərar verməlidir.
XS
SM
MD
LG