“...Bizə xalq düşməni damğası vuran məqalənin dərc olunduğu qəzeti aparıb qızım oxuyan sinifdə paylamışdılar. 8-ci sinif şagirdləri arasında. Məqsədləri o idi ki, qoy qızımın sinif yoldaşları oxuyub onun ata-anasının “əsl simasını” görsünlər...”
O, Naxçıvanda müstəqil jurnalist olmağın çətinliyini anlatmaq üçün adətən “pərdə arxasında qalan” məqamlardan bəzilərini dilə gətirir. 7 ildir Azadlıq Radiosu, bir də “Turan” informasiya agentliyinin müxbiri işləyir Məlahət Nəsibova.
O bu günlərdə dünyada insan haqları sahəsində ən nüfuzlu ödüllərdən olan 2009-cu il üçün “Rafto” mükafatına layiq görülüb.
“Bu xəbəri eşitmək mənim üçün o qədər gözlənilməz idi ki, hələ də buna inana bilmirəm. Azərbaycanda mükafatlandırılmadığım halda birdən-birə xaricdə belə bir nüfuzlu mükafata layiq görülməyim inanılmazdır.
Bu o deməkdir ki, dünyanın ən ucqar yerlərində olsa belə, demokratiya uğrunda mübarizə diqqətdən yayınmır. Bu mənim üçün həm ədalətin qələbə çalması, həm də gələcək fəaliyyətim üçün bir təminatdır”.
“BİZİ ARTIQ XEYRƏ-ŞƏRƏ DƏ AZ ÇAĞIRIRLAR”
Məlahət xanım deyir ki, Naxçıvanda nəinki jurnalist olub düz söz demək, hətta müstəqil jurnalistin övladı, yoldaşı, ata-anası, əmisi, xalası olmaq da çətindir.
“Naxçıvanda bizi artıq xeyrə-şərə də az çağırırlar İnsanları hədələyirlər ki, əgər kimsə bizi öz övladının toyuna, yaxud əzizinin yas məclisinə çağırsa, bu onlar üçün problem yarada bilər.
Mənim ən yaxın rəfiqəmi çağırıb deyiblər ki, bir də Məlahətgilə getsən, səni işdən çıxaracağıq.
İndi mənim 20 illik rəfiqəmlə heç bir əlaqəm yoxdur, nə o bizə gəlir, nə mən onlara gedirəm ki, onu işsiz qoymayım...”
“MƏTBUAT XİDMƏTLƏRİ HAVA MƏLUMATINI DA VERMƏK İSTƏMİR”
O ki qaldı müxtəlif nazirliklərin, idarə-təşkilatların mətbuat xidmətlərindən məlumat almaq cəhdlərinə, Məlahət xanım deyir ki, oradan həmişə eyni cavabı eşitmək olar:
“Deyirlər ki, bizdə məlumat yoxdur, gedin, “Şərq qapısı”na baxın. Nə məlumat lazımdır, ordan götürün.
“Şərq qapısı” Naxçıvan Ali Məclisinin mətbuat orqanıdır.
Bizə heç hava haqqında məlumatı da vermirlər”.
Bundan başqa Məlahət xanım deyir ki, Naxçıvan öz mentaliteti olan bölgədi, qadınlara münasibət mühafizəkarlığı ilə seçilir.
Qadınlar hansısa idarələrdə işləyə bilər, amma hansısa qadın müstəqil şəkildə ictimai fəaliyyət göstərirsə, yaxud müstəqil jurnalist olmaq qərarı verirsə, bunu qınaq obyektinə çevirənlər də az olmur.
Yerli məmurlar isə onları tənqid edən hər bir kəsə müxalifətçi “damğası” vururlar.
HƏR ŞEY NOVELLA XANIMIN DƏVƏTİNDƏN BAŞLADI
Məlahət xanım jurnalistikaya 7 il qabaq gəlib. Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyəti Naxçıvanda keçirdiyi qadın liderlər üçün seminara fəal xanımlardan biri kimi Məlahət Nəsibovanı da dəvət edib.
Məlahət xanım milli azadlıq hərəkatının fəallarından, sovet hökumətinə qarşı mitinqlərin aktiv iştirakçılarından olub.Yeri gəlmişkən, bu işdə onun dayısı – hərəkatın liderlərindən olmuş İbrahim İbrahimli də böyük rol oynayıb.
Məlahət seminarı təşkil edən cəmiyyətin sədri Novella Cəfəroğlu üçün əsl tapıntı olur.
Bir müddət cəmiyyətin nəzdində qadın hüquqların müdafiəsi üçün çalışdıqdan sonra Məlahət xanım Amerika və Britaniya səfirliklərinin dəstəyilə Naxçıvanda Demokratiya və Qeyri-hökumət təşkilatlarının İnkişafı Resrurs Mərkəzini yaradır.
Bu, Naxçıvanda yaradılan və muxtar respublikanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçən ilk QHT olur. Məlahət Nəsibova bu layihə
Çərçivəsində həm də təxminən bir il “Bizim Naxçıvan” adlı müstəqil qəzet də dərc edir.
Məlahət xanım yenə “ilk” kəlməsini işlədir, deyir ki, “Bizim Naxçıvan” muxtar respublikada ilk müstəqil qəzet idi. İndinin özündə də Məlahət xanım jurnalist işiylə bərabər həm də insan haqlarının qorunması, miqrantlara kömək sahəsində layihələr həyata keçirməkdədir.
SADƏ İNSANLARIN İMDAD YERİ
Məlahət xanım kasıb bir ailədəndir. Atası bənna, anası kiçik tibb bacısı olub, yetimçiliklə böyüdükləri üçün təhsil ala bilməyiblər.
“Məktəbdə oxuyanda ancaq özümə güvənə bilərdim. Məktəbdə ilk qız olmuşam ki, SSRİ-nin ən nüfuzlu pioner düşərgəsi olan “Artek”ə getmək haqqı qazanmışam.
O vaxt 7-ci sininfdə oxuyurdum. O qədər öz üzərimdə çalışdım ki,ora göndəriləcək 10 şagirdin arasına düşə bildim. Bir ay Artekdə istirahət etdim”.
Elə Məlahət xanıma kömək üçün müraciət edənlər də özü kimi sadə ailələrdəndir. O deyir ki, axır illərdə Naxçıvanda insan haqları sahəsində vəziyyət pisləşdiyi üçün ona kömək üçün müraciət edənlərin sayı artıb.
“Kimin prblemi olursa, bizim üstünüzə qaçır, kömək istəyir. Ən azından biz onu dinləyirik, mətbuat vasitəsilə problemlərini qaldırırq.
Kömək problemi həll etməyə gücümüz çatmasa da, bir çarə tapmağa çalışırıq, onlar da bunu hiss edirlər. Bizə inanırlar”.
Soruşuram ki, heç olubmu ki, təzyiqlərdən bezib, necə deyərlər hər şeyə tüpürüb Naxçıvandan gedəsiz?
Məlahət xanım deyir ki, belə hissləri iki il qabaq həyat yoldaşı İlqar Nəsibov (o da Azadlıq Radiosunun əməkdaşıdır) prezidentə yerli məmurlardan şikayət yazandan sonra həbs ediləndə keçirib.
“EVİMİN ALT-ÜST EDİLMƏSİ SON NÖQTƏ İDİ”
O vaxt beynəlxalq təşkilatların köməyi ilə İlqar bəy qısa müddətdən sonra həbsdən çıxsa da, Nəsibovlar ailəsi evlərinə 20-cən polisin gəlib axtarış aparmasını yəqin uzun müddət yaddan çıxarmayacaq.
“Evimin, ofisimin alt-üst edilməsi artıq son nöqtə idi. Bütün bunlar üç övladımın gözü qarşısında baş verirdi...
Həmin dövrlərdə iki övladım universitetə hazırlaşırdı, repetitor müəllimlərə tapşırılmışdı ki, mənim uşaqlarımı hazırlıqdan çıxarsınlar.
Doğrudan da çıxardılar və övladlarım imtahana evdə hazırlaşmalı oldular.
Amma şükürlər olsun ki, hər ikisi universitetə daxil oldu”.
Bundan başqa Məlahət Nəsibovanı 5 dəfə məhkəməyə çəkiblər – on minlərlə manat cərimələnməsinə nail olublar. Amma beynəlxalq təşkilatların köməyi nəticəsində həmin qərarları icra etmək mümkün olmayıb.
Məhkəmələr isə bəzən əsl lətifəni xatırladıb.
“APA agentliyinin Naxçıvan müxbiri kəndlərin birində mal-qaranın qarayara xəstəliyinə tutulması haqda yazı yazmışdı. Babək rayonunun baş baytarı onu məhkəməyə vermişdi. O vaxt mən Naxçıvanda deyildim. Qayıdanda gördüm mənə qarşı da iddia qaldırıblar.
Mən də məhkəməyə getmişdim. Dedim, yaxşı, bu materialı Elman Abbasov yazıb, onu məhkəməyə verməyinizi başa düşdük, bəs mənim günahım nədi? Baxın görün Azadlıq Radiosunda, yaxud “Turan”da belə bir material gedibmi?
Onda Naxçıvan şəhər məhkəməsinin hakimi Ülvi İsmayılov dedi ki, baxmışıq, düzdü sən belə yazı yazmamısan, amma bilirsənmi səni niyə məhkəməyə vermişik? Ona görə ki, bilirik ki, Elmanı bu yazını yazmağa sən qızışdırmısan...”
“ÖLDÜ VAR, DÖNDÜ YOXDU”
2002-ci ildən bəri Məlahət və İlqar Nəsibovlar dəfələrlə iş başında döyülüblər, hətta Məlahət xanımın ciddi xəsarət aldığı da olub.
“Bir dəfə də yolla getdiyim yerdə bir qrup tanımadığım qadın mənə hücum etdi, dedilər ki, sən kimsən Naxçıvana Amerika bayrağı, Avropa bayrağı gətirirsən, bizə çörək verən İrandı...”
Məlahət xanım deyir ki, Naxçıvanı tərk eləmək fikri yoxdu. Muxtar Respublikada müstəqil insan haqları və media təsisatları yaradılana qədər mübarizəsini davam etdirəcək. “Yoldaşım və uşaqlarım da mənə dəstək verir, deyirlər ki, Naxçıvandan çıxmağın sənin məğlubiyyətin olar”.
Məlahət xanımın oğlu iqtisadçı, böyük qızı isə kimyaçı olmaq istəyir. İndi orta mətkəbin 9-cu sinfində oxuyan kiçik qızı isə jurnalist olmaq arzusundadı.
“Çox mübariz qızdı. Amma mən onun jurnalist olmasını istəməzdim, bəlkə də özüm çəkdiklərimi gözüm qabağına gətirib belə deyirəm. Amma həm də ümid edirəm ki, bəlkə də o vaxtacan Naxçıvanda müstəqil jurnalistlərin işləməsi üçün normal vəziyyət yarandı...”