Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:37

Eynulla Fətullayev beynəlxalq mükafata layiq görülüb


Sentyabrın 25-də Eynulla Fətullayevin 33 yaşı tamam olur

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Somali, Şiri-lanka, Tunis və Azərbaycandan olan 4 jurnalisti – Mustafa Hacı Abdinuru, Nəzihə Rəcibəni, Tisainayagamı və Eynulla Fətullayevi beynəlxalq mətbuat azadlığı mükafatına layiq görüb.

«Bu jurnalistlər azad fikrin öz ölkələrində və bütün dünyada eşidilməsi üçün öz şəxsi azadlıqlarını, çox vaxt hətta öz həyatlarını risk altına atan şəxslərdir. Böyük çətinliklərə baxmayaraq onların xəbər çatdırmaq cəsarəti bizim hər birimizi ruhlandırır» -, deyə Komitənin İdarə Heyətinin sədri Pol Steyqer bildirib.

Komitənin icraçı direktoru Joel Simon isə bildirib ki, həmin jurnalistlər təkcə JMK-nın dəyərlərini müdafiə etdiklərinə görə yox, həm də ədalətsizliyə qarşı mübarizə apardıqlarına görə mükafatlandırılırlar.

Mükafatlar noyabrın 24-də Nyu-Yorkda təqdim olunacaq.

Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya Proqramının koordinatoru Nina Oqnianova Eynulla Fətullayevin işi barədə xüsusi hesabat hazırlayıb.

Eynulla Fətullayev 2007-ci ilin iyulunda 8 il müddətinə azadlıqdan məhrum edilib.

Sentyabrın 25-də onun 33 yaşı tamam olur.
XS
SM
MD
LG