Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:31

Türkiyə hələ notaya cavab verməyib


Azərbaycan Xarici İşlər Nazirliyi
«Rəsmi Ankara Azərbaycan Xarici İşlər Nazirliyinin Türkiyə jurnalistlərinin Dağlıq Qarabağa Ermənistan üzərindən səfəriylə bağlı etiraz notasına cavab verməyib. Yalnız Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu NTV kanalı müxbirlərinin bu addımını qanunsuz adlandırıb».

Bu sözləri AzadlıqRadiosuna müsahibəsində Azərbaycan XİN-in sözçüsü Elxan Poluxov deyib.

Ötən həftə Azərbaycan XİN-i sözügedən bəyanatı Türkiyə səfirliyinə vermişdi. Notada bir müddət öncə Türkiyənin NTV kanalının jurnalistlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı Azərbaycan tərəfinin narahatlığı çatdırılıb.
XS
SM
MD
LG