Oktyabrın 2-də türkdilli ölkələrinin dövlət başçılarının Naxçıvan Muxtar Respublikasında növbəti sammiti keçiriləcək. Bu məqsədlə MR-da geniş hazırlıq işləri görülür.
Artıq Muxtar Respublikasındakı əksər idarə və müəssisə işçiləri, ali təhsil məktəblərinin tələbələri, hətta hərbi hissələrin əsgər və zabit heyəti də səfərbər olunub.
Prezidentlər və nümayəndə heyətlərinin maşınlarının keçəcəyi yollar, eləcə də görüşlərin olacağı ərazilər yuyulub təmizlənir, yollara asfalt və daş örtükləri düzülür.
Gələn qonaqları gəzdirmək üçün əhalidə olan xarici markalı maşınlar toplanılaraq nömrələnir.
Prezidentlərin rəsmi toplantısının Heydər Əliyev adına sarayda keçiriləcəyi gözlənilir. Qonaqlar MR Duzdağ İstirahət və Müalicə Mərkəzinin nəzdindəki mehmanxanada yerləşdiriləcək.
Nümayəndə heyətlərinin H. Əliyevin MR-dakı ev muzeyini, «Əsabu Kəhf»i və Nuh peyğəmbərin qəbirüstü abidələrinin də ziyarət edəcəkləri gözlənilir.
Bu türkdilli dövlət başçılarının sayca 9-cu sammitidir. Belə görüşlər bir qayda olaraq dövlətlərin paytaxtlarında keçirilirdi.