Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:36

Dağlıq Qarabağ 5 ildən sonra necə olacaq?


Təbib Hüseynov
Təbib Hüseynov
Oktyabr ayında əvvəlcə Bakıda, sonra isə Yerevanda «Dağlıq Qarabağ-2014» layihəsinin təqdimatı keçiriləcək. Bu layihəyə Azərbaycan və Ermənistandan 6 ekspert cəlb olunub. «İşdən sonra» proqramında iştirakçılardan biri, Beynəlxalq Böhran Qrupunun eksperti Təbib Hüseynov məsələyə öz baxışı ilə bölüşüb:

- Londonda «Qarabağ-2014» adlı toplantıda Azərbaycandan siz də ekspert kimi iştirak edirdiniz. Dağlıq Qarabağ probleminin həlli ətrafında hər yerdə danışılan üsullardan fərqli nəyi deyə bilərsiniz?

- Bu layihə çərçivəsində 3 erməni və 3 azərbaycanlı ekspert iştirak edib. Məqsəd «2014-cü ildə Dağlıq Qarabağda vəziyyət necə ola bilər» sualına cavab tapmaqdır. Bununla bağlı ssenarilər təqdim olundu. Reallıqları nəzərə alaraq. Mən yalnız öz ssenarimlə bağlı deyə bilərəm. Bir neçə variant var. Şərt kimi, 2009-cu ilin sonuna qədər baza prinsiplərinin razılaşdırılması və 2010-cu ildə Madrid prinsipləri əsasında sülh sazişinin imzalanması ehtimalı götürülüb.

Təqdim etdiyim ssenaridə Ağdam-Xankəndi-Laçın-Gorus-Naxçıvan yolu haqqında qısaca yazmışdım. Doğrusu, Türkiyə Xarici İşlər naziri Əhməd Davudoğlunun da planında bu yol yer alıb. Ancaq bu fəlsəfə ümumiyyətlə mövcuddur. Davudoğlu «barış yolu» ifadəsini işlətməkdən əvvəl də bu düşüncə Azərbaycanda da, Türkiyədə də, vasitəçilərdə də var idi. Ermənistan tərəfilə də mütəmadi müzakirə olunur.

- Bu yoldan başqa, əlavə məqamları açıqlamaq istəmirsiz? 2014-cü ildə Qarabağda nə olacaq?

- Geniş danışsaq, siyasi spekulyasiya olacaq. Ancaq onu deyə bilərəm ki, 2014-cü ildə Dağlıq Qarabağda plebisit və ya bütövlükdə referendum keçirilsə də tərəflərin hər-hansı razılığa gəlməsini düşünmürəm. Həm Ermənistan, həm də Azərbaycan üçün Dağlıq Qarabağın statusunu əvvəlcədən müəyyən edən hər hansı bir prosedura məqbul deyil. Əgər biz bilsək ki, Dağlıq Qarabağda sadə səs çoxluğuna əsaslanan bir plebisit keçiriləcək və çoxluq nəyə qərar verəcək, onda bunu qəbul etməyəcəyik. Bu plebisit Konstitusiyamıza ziddir və nəticəsi də bəllidir. Eynilə də ermənilər ümum Azərbaycan referendumunu qəbul etməyəcəklər. Daha çox konsensusa əsaslanan bir səsvermə üsulu nəzərdən keçirilməlidir. Mən məhz bu konsensus yoluyla yekun statusu razılaşdırmaq haqqında fikirlərimi söyləmişəm.
XS
SM
MD
LG