Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 10:54

BVF Azərbaycanla yeni formada əməkdaşlığa başlayır


BVF Azərbaycanla yeni formada əməkdaşlıq edəcək
BVF Azərbaycanla yeni formada əməkdaşlıq edəcək
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanla yeni formada əməkdaşlıq edəcək. Bundan sonra Fond Azərbaycanda ayrıca nümayəndə saxlamayacaq, BVF-nin Bakıdakı ofisində hələlik bir menecer, daha sonra menecer və iqtisadçı fəaliyyət göstərəcək.

Bu haqda məlumatı jurnalistlərə BVF-nin Bakıdakı sonuncu nümayəndəsi Koba Qvenetadze verib. O deyib ki, nümayəndənin Azərbaycanda olmamasının bir səbəbi budur ki, Azərbaycan hökuməti artıq makroiqtisadi sahədə xeyli təcrübə yığıb və Azərbaycan iqtisadiyyatı qlobal maliyyə böhranında özünü daha yaxşı göstərir.

Amma BVF-nin Bakı ofisi Azərbaycan hökuməti ilə məsləhətləşmələri davam etdirəcək. Ofisin göndərdiyi məlumatlar təhlil olunacaq və missiyalar Bakıya səfər edəcək, hökumətə vaxtaşırı tövsiyələr veriləcək.

K.Qvenetadze deyir ki, BVF belə əməkdaşlığı Qazaxıstanda və Özbəkistanda da həyata keçirir. Nümayəndələri isə BVF əsasən proqram həyata keçirdiyi ölkələrdə saxlayır.

BVF-nin Azərbaycanda sonuncu nümayəndəsi Koba Qvenetadzenin səlahiyyət müddəti oktyabrın 9-da başa çatır.
XS
SM
MD
LG