Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 8-də Kişinyov görüşündən sonra məlumat yayıldı ki, dövlət başçıları yaxın gələcəkdə yeni görüşə hazırdırlar. Digər tərəfdən də Türkiyə-Ermənistan yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında dönüş yarada bilərmi? Müxalifət buna şübhəylə yanaşır, hakimiyyət dairələri isə ehtiyatlı nikbinliklə.
DANIŞIQLARIN İMİTASİYASI GEDİR
Müsavat başqanı İsa Qəmbər ilin sonuna qədər münaqişənin nizamlanmasında ciddi irəliləyiş gözləmir. O, prezidentlərin görüşlərinin ssenari baxımından çox oxşar olmasına diqqət çəkir. Belə ki, hər görüşdən əvvəl nikbin bəyanatlar verilir, sonradan deyilir ki, prezidentlər növbəti görüşə hazırdırlar. Yəni danışıqların sürətləndirilməsi görüntüsü yaradılır.
İsa Qəmbərin fikrincə, beynəlxalq şərtlər hələ ki, münaqişənin həllinə kifayət qədər zəmin yaratmır:
«Xüsusən Rusiyanın münaqişənin həllində maraqlı olmaması özünü açıq-aydın göstərir. Münaqişə həll edilərsə, proseslər sürətlənəcək. Nəticədə Ermənistan və bütövlükdə region Rusiyanın nəzarətindən çıxacaq».
GÖRÜNTÜ ƏVVƏL DƏ YARADILA BİLƏRDİ
Hakimiyyətyönlü Ana Vətən Partiyasından Zahid Orucsa düşünür ki, indiyədək Ermənistana bu qədər təzyiqlər olmayıb, Sarkisyan beynəlxalq turnedən mövqeləri güclənmiş kimi qayıdır, baxmayaraq ki, onu güclü etirazla qarşılayıblar. Zahid Oruca görə, Sarkisyan bundan istifadə də edə bilərdi:
«Deyərdi ki, «hə, mən güzəşt limitimi bitirmişəm», işarə edə bilərdi ki, atacağı addımlar Ermənistanda vəziyyəti qarışdıra bilər. Bu arqumentdən o, yararlanardı».
PREZİDENTLƏRİ TƏLƏSDİRİRLƏR
Politoloq Zəfər Quliyev isə deyir ki, prezidentlərin Kişinyov görüşü dönüş nöqtəsi deyil, amma danışıqlar ümumilikdə son vaxtlar sürətlənib. Hiss olunur ki, pərdəarxası ciddi iş gedir. Beynəlxalq qurumlar prezidentləri tələsdirirlər:
«Ona görə ki, bu prosesdə irəliləyiş olmasa, Türkiyə-Ermənistan dialoqu da asılı vəziyyətdə qalacaq».
Zəfər Quliyev deyir ki, hal-hazırda Ermənistan hakimiyyəti daim təzyiq altındadır, həm daxili müxalif qüvvələr, həm də diaspor tərəfdən. Prezident Sarkisyan istənilən vaxt siyasi çevriliş və terror aktları ilə üz-üzədir. Azərbaycan hakimiyyətinin isə əl-qolu açıqdır, daha geniş manevr imkanları var. Buna da səbəb ölkədə demokratik azadlıqların boğulması, müxalifətə təzyiqlər, söz və ifadə azadlığının məhdudlaşdırılmasıdır.