«ABŞ Dövlət Departamenti Türkiyə-Ermənistan münasibətlərində 1915-ci il hadisələrinə deyil, 2009-cu ilə köklənib». Bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Filip Krouli «Prezident Obama namizəd olan zaman erməni soyqırımından danışsa da, seçildikdən sonra soyqırımı ifadəsini işlətmədi. Bu dəyişikliyin səbəbi nədir» sualını cavablandırarkən deyib. Gündəlik mətbuat konfransında F.Krouli onu da deyib ki, Obamanın aprelin 24-dəki çıxışı administrasiyanın bu məsələdəki mövqeyini əks etdirir: «Biz Xarici İşlər Nazirliyində 2009-cu ilə köklənmişik. Bu səbəbdən dövlət katibi Hillari Klinton Rusiya və Fransanın xarici işlər nazirləri, Avropa İttifaqının ali komissarı Havyer Solana ilə birlikdə Sürixdə olacaq. Protokolların imzalanması çox önəmli andır». |
Azadlıq Trend
1