Beynəlxalq Psixi Sağlamlıq Günü Məhəmməd Qurbanov üçün düşərli oldu. Sentyabrın 11-də Ruhi Xəstəliklər Dispanserinə yerləşdirilən Naxçıvan şəhər sakini, 57 yaşlı kiçik sahibkar Məhəmməd Qurbanov oktyabrın 10-da evə buraxılıb. Dispanserdən buraxılmazdan əvvəl polislər onun yaxınlarından əvvəlki hərəkətlərini təkrarlamayacağı ilə bağlı iltizam alıblar. Məlumatı AzadlıqRadiosuna M.Qurbanovun ailəsi verib. M. Qurbanov Sədərək gömrük-keçid məntəqəsindəki rüşvətxorluq halları barədə dövlət qurumlarına şikayət etdiyi üçün polis onu Psixi Xəstəliklər Dispanserinə yerləşdirmişdi. |
Buna da bax:
Azadlıq Trend
1