«Ermənistanla Türkiyə arasında protokolların imzalanması zamanı yaranan böhran ABŞ-ın Dövlət katibi Hillari Klintonun Sürixdə qara rəngli BMW markalı maşında apardığı telefon diplomatiyası ilə aradan qalxdı». Bunu «Franss-press» agentliyi yazır.
Agentlik ötən şənbə günü İsveçrədə - Sürixdə imzalanma mərasiminin üç saat gecikməsinə səbəb olan hadisənin təfərrüatları barədə bu gün əhatəli məlumat yayıb.
«Franss-press» yazır ki, Klintonun avtomobil karvanı jurnalist korpusu ilə birlikdə Xarici İşlər nazirləri Eduard Nalbandyan və Ahmet Davutoğlunun protokol imzalayacaqları Sürix Universitetinə gəldi, az sonra isə həmin karvan sürətlə geri – Klintonun qaldığı «Dolder Grand» hotelə qayıtdı.
Sonradan ABŞ diplomatları deyirdilər ki, Nalbandyan imzalanma mərasimindən sonra Davutoğlunun çıxışından narahatdır.
Bundan sonra üç saatlıq diplomatik gərginlik başladı.
Əvvəlcə, Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı Filip Qordon, sonra İsveçrə rəsmisi Michael Ambuehl Nalbanyanla görüşdü.
İsveçrə polisinin həyəcan siqnalları verən maşınlarında ora-bura şütüyən diplomatlar vəziyyətin gərgin olduğuna işarə edirdi.
QƏZƏBLİ NALBANDYAN VƏ TƏBƏSSÜMLÜ DAVUTOĞLU
Bir azdan Qordon Nalbandyandan ayrılıb Klintonla görüşə getdi. Klinton bundan bir az əvvəl hotelin arxa tərəfində xüsusi maşınlar üçün yolda dayanmış BMW markalı qara maşında Türkiyə və Ermənistanın Xarici İşlər nazirləri ilə görüşmüşdü.
Dövlət Departamentinin yüksək çinli rəsmilərindən biri onu da əlavə edib ki, sonradan Klinton həmin maşından nazirlərlə sıx-sıx telefonla da danışıb. Hər biri ilə də danışanda da ayrı-ayrı mobil telefonlardan istifadə edirmiş.
Maşında bir saata yaxın müzakirədən sonra Filip Qordonla Hillari Klinton çölə çıxdı.
Klinton Nalbandyanla görüş üçün hotelə qayıtdı, az sonra isə onların ikisi də maşına əyləşib sənədlərin imzalanacağı universitetə döndülər.
Amma bundan sonra da Nalbandyanla Davutoğlunun universitetdə birlikdə görünməsinə daha 90 dəqiqə vaxt lazım oldu. Saat yarım sonra sifətində aşkar hiss olunan bir qəzəblə Nalbandyan və təbəssümlə Davutoğlu zala gəldi.
İmzalanma mərasimi başa çatan kimi də hər iki nazir, eləcə də ABŞ, Rusiya və Avropa Bilriyi rəsmiləri otağı tərk etdilər. Diplomatlar deyirlər ki, onlar əlavə problemlərdən qaçmaq üçün danışmamaq qərarına əməl etmək üçün zaldan çıxıblar.
«NALBANDYAN ÇOX NARAHAT İDİ»
NATO üzvü Türkiyə ilə Rusiyanın himayəsində olan Ermənistan arasında əsas ziddiyyətlər Birinci Dünya müharibəsi zamanı – Osmanlı imperiyası dövründə ermənilərin qırılması hadisəsinə görədir.
İndi sənədlər parlamentin müzakirəsi ərəfəsindədir və Klintonun hər iki tərəfə diplomatik vasitələrlə təsiri davam etdirəcəyini gözləmək olar.
Dövlət katibi Nalbandyanla müzakirələri haqqında jurnalistlərə bunları bildirib:
«O, həqiqətən də çox narahat idi və çalışırdı ki, onu başqaları da başa düşsün. İzah etdik ki, bunun çətinliyini başa düşürük, amma bu işi görmək lazımdır».
Klinton əlavə edib ki, Nalbandyan müzakirələr zamanı bir neçə dəfə prezident Serj Sarkisyanla telefonda məsləhətləşib.
Adının çəkilməməsini xahiş edən bir ABŞ rəsmisi isə bildirib ki, Sürixdən çıxarkən prezident Barak Obama Klintona zəng edərək irəliyə doğru bir addım atılmasından məmnun olduğunu ifadə edib.
MÖVZUNU ŞƏRH ET