Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:07

Türkiyə Ermənistanla imzaladığı protokolları gələn həftə parlamentə göndərəcək


Türkiyənin Dövlət naziri və hökumətin sözçüsü Cəmil Çiçək
Türkiyənin Dövlət naziri və hökumətin sözçüsü Cəmil Çiçək
Türkiyə hökuməti Ermənistanla münasibətlərin yaxşılışdırılması və sərhədlərin açılması haqda Sürixdə imzalanan protokolları gələn həftə parlamentə göndərəcək. Türkiyənin Dövlət Naziri və hökumətin sözçüsü Cəmil Çiçək oktyabrın 12-də Röyters agentliyinə belə deyib.

Röytersin məlumatına görə, Çiçək sənədlərin gələn həftə - oktyabrın 21-də parlamentə göndəriləcəyini bildirsə də, parlamentin nə vaxt protokolları səsverməyə çıxaracağını açıqlamayıb.

Protokolların imzalanmasından bir gün sonra- oktyabrın 11-də Türkiyə Baş naziri R.T.Ərdoğan partiyasının toplantısında demişdi ki, Azərbaycan torpaqlarının işğalına son qoyulmayınca protokolların təsdiqlənməsi mümkün deyil.

MÖVZUNU ŞƏRH ET
XS
SM
MD
LG