Türkiyənin Bakıdakı səfirinin müavini Nihat Civaner Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunaraq ona Azərbaycan dövlətinin narazılığı bildirib.
XİN mətbuat xidmətinin rəhbəri Elxan Poloxov AzadlıqRadiosuna bildirib ki, bu narazılığa səbəb oktyabrın 14-də Türkiyənin Bursa şəhərində Azərbaycan bayrağına edilən hörmətsizlik olub:
«Səfir yerində olmadığı üçün onun müavini - müvəqqəti işlər vəkili çağırtdırılıb, ona Türkiyə-Ermənistan futbol matçı zamanı bizim bayrağa edilən hörmətsizliklə əlaqədar Azərbaycan tərəfinin narazıçılığı bildirilib».
Türkiyə-Ermənistan futbol matçı oktyabrın 14-də Bursada keçirilib. Qarşılaşma zamanı Azərbaycan bayraqlarının stadiona keçirilməsinə imkan verilməyib.
MÖVZU ƏTRAFINDA GEDƏN MÜZAKİRƏLƏRİ BURADA İZLƏYƏ BİLƏRSƏN