Tina Kaydanau
ABŞ Dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müavininin köməkçisi Tina Kaydanau Güney Qafqaz regionuna səfəri çərçivəsində oktyabrın 20-də Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb. Oktyabrın 22-24-də isə ABŞ rəsmisi Bakıda rəsmi şəxslərlə görüşlər keçirəcək. Xəbəri ABŞ-ın Azərbaycandakı səfirliyi yayıb.
Xəbərdə bildirilir ki, Kaydanaunun rəsmi şəxslərlə yanaşı vətəndaş cəmiyyəti institutları və biznes qurumlarının nümayəndələrilə də görüşləri planlaşdırılır.
KAYDANAU HAQDA ƏTRAFLI BURADA OXU