Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:46

«Münaqişənin həlli Azərbaycan və Ermənistandan asılı məsələdir»


Prezidentlər Kişinyovda, 8 oktyabr 2009
Prezidentlər Kişinyovda, 8 oktyabr 2009
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısı çərçivəsində Bakıda səfərdə olan Ermənistan Xarici İşlər nazirinin müavini Arman Kirakosyan mediaya açıqlamasında bildirib ki, Türkiyə ilə Ermənistan arasında imzalanan protokolların Qarabağ məsələsinin nizamlanmasına hər hansı formada aidiyyəti yoxdur. O bildirib ki, Qarabağ münaqişəsinin nizamlanması Azərbaycan və Ermənistandan asılı olan məsələdir.

A.Kirakosyan deyib ki, protokollar tərəflər arasında heç bir şərt olmadan imzalanıb:

«Türkiyənin iddialarına baxmayaraq, ortada heç bir şərt olmadan imzalanmış sənəd var».

Kirakosyan deyib ki, Azərbaycan və Ermənistan prezidentlərinin son yarım ildə 7 dəfə görüş keçirmələri sübut edir ki, münaqişə nizamlanma ərəfəsindədir və bunun üçün normal şərait yaranıb.

Bu arada Qarabağ Azadlıq Təşkilatının bir qrup üzvü toplantının keçirildiyi «Hyatt Regency» hotelinin qarşısına gələrək Ermənistan rəsmisinin Azərbaycana dəvət olunmasına etiraz əlaməti olaraq şüarlar səsləndiriblər. Onlar polis kordonları ilə üzləşiblər, aksiyaçılardan 6-sı saxlanaraq polis bölməsinə aparılıb.

Yasamal rayon Polis İdarəsinin rəisi bildirib ki, aksiyaçılar xəbərdarlıq ediləndən sonra sərbəst buraxılacaqlar.

Arman Kirakosyan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 21-ci toplantısında iştirak etmək üçün Bakıya gəlib.
XS
SM
MD
LG